Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

Əldə etdiyimiz məlumata görə, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

Qeyd edək ki, ikinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

E.ŞİRİNOV