booked.netbooked.net booked.net  

Dünən Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb. Məhz görüşüb, futbol oynamaq isə yada düşməyib. Yetirənə uduzmaq artıq bir ənənəyə çevrilib.Nə bilək, komanda bəlkə də öhdəlik götürüb ki, qol buraxmaq xeyriyyəsi ilə məşğul olsun, sağa-sola qol paylasın.Hər məğubiyyətdən sonra da azarkeşlərdən utanmaz-utanmaz üzr istəyirlər. Üzr istəmək lazım deyil, oynamaq lazımdır.Oynaya bilmirsən, get soğan ək, çobançılıq et,bir sözlə,bacardığın başqa işin qulpundan yapış, futbol sənlik deyil...

Adama ağır gələn odur ki, komandamız ən zəif komanda ilə də oynaya bilmir. Elə götürək dünənki İrlandiya komandasını. Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ənənəsini bu dəfə də davam etdirib. Bakı Olimpiya Stadionundakı görüşə qədər aktivində cəmi 1 xal olan milli doğma azarkeşlər önündə də meydanı başıaşağı tərk edib. Görün komandanın məşqçisi Stefen Kenni oyundan sonra nə deyib: " Birinci hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə gəldi. Əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”.

İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni

Onsuz da, ilk iki yer şansını çoxdan itirən komandamız ən azı ilk qələbə sevinci yaşaya bilərdi. Lakin üç cavabsız qolla yığmamızı darmadağın edən İrlandiya tsikldə birinci qalibiyyətini Bakıda əldə edib. Bu məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.

Qardaşlar, əmilər, belə futbol oynamırlar.Vallah, mMəhəlllə uşaqları sizdən yaxşı oynayar. Hər dəfə uduzanda heç bir xəcalət çəkmirsiniz? Heç bir düşünmürsünüz ki, bizim bu qədər qayğımızı çəkirlər, hər cür şərait yaradırlar ki, yaxşı oynayaq. Niyə oynaya bilmirsiniz?

Matçdan sonra "CBC Sport" kanalına müsahibə verən italiyalı mütəxəssis komandamızın çıxışını dəyərləndirib: “6-cı dəqiqədə qol buraxmaq oyunumuza mənfi təsir etdi. 2 top buraxmağımıza baxmayaraq, birinci hissəni yaxşı keçirdik".

“Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik".

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi

Jurnalistin " Üç gündən sonra Serbiya ilə səfər oyununa çıxacaqsınız. Həmin matçla bağlı düşüncələriniz nələrdir?" sualına Canni de Byazi müəllim belə cavab verib:
- Serbiyaya qarşı bütün ürəyimizi ortaya qoymağa çalışacağıq. Heç vaxt düşünə bilməzsən ki, rəqibdən güclüsən. Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orada uğurlu mübarizə aparmağa çalışacağıq.

O kinoda deyildiyi ki, bu nə deyir ə...Ürərklə yox, ayaqla oynamaq lazımdır.Bu dəfə də uduzsanız, davay dasvidaniya!!!

Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.

Adətən, oyun barədə gedən yazılarda komanda üzvlərinin adları çəkilir. Biz də bu ənənəyə sadiq qalaraq oyunçuları göstəririk. Qoy oxucular da bilsinlər ki, futbolda başımızı aşağı eləyənlər aşağıdakılardır:

DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya - 0:3
Qollar:
Kallum Robinson, 7, 39, Çidozi Oqbene, 90
Baş hakim: Espen Eskas (Norveç)
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir Emreli
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
İrlandiya: 1. Qavin Bazunu, 4. Şeyn Daffi, 5. Con İqan (k), 2. Mett Doerti, 7. Kallum Robinson, 15. Daril Horqan, 13. Ceff Hendrik, 6. Coş Kallen, 11. Ceyms Makkleyn, 22. Andryu Omobamidele, 9. Adam Ayda
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Parrott, 12. Natan Kollins, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Çidozi Oqbene, 21. Aaron Konnolli
Baş məşqçi: Stefen Kenni

1

Portuqaliya

5

4

1

0

11-4

13

2

Serbiya

5

3

2

0

12-7

11

3

Lüksemburq

4

2

0

2

5-8

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

6

0

1

5

3-12

1

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN