booked.netbooked.net booked.net  

AVRO-2020-nin qrup mərhələsinin I turu davam edir.

Məlumata görə, ikinci oyun gününə Bakıda start verilib.

Azərbaycan tarixdə ilk dəfə Avropa çempionatının oyununu qəbul edib. Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın ilk 45 dəqiqəsi isveçrəlilərin üstünlüyü şəraitində keçib. Topa nəzarət edən Vladimir Petkoviçin yetirmələri qol imkanları yaratsa da, bundan istifadə edə bilməyib. Uelsin azsaylı əks-hücumları təhlükəli, amma nəticəsiz olub.

Bu görüşlə A qrupunda ilk tura yekun vurulub. Bir gün öncə Türkiyəni 3 cavabsız qolla üstələyən İtaliya ilk turdan liderliyi ələ alıb.

İkinci hissəyə də fəal başlayan isveçrəlilər 49-cu dəqiqədə hesabı açıb. Bril Embolo AVRO-2020-nin Bakı Olimpiya Stadionunda ilk qolunun müəllifi olub. Məğlub duruma düşən Robert Peycin yetirmələri hesabda tarazlıq yaratmağa müvəffəq olublar. Lakin Kiffer Murun qolu böyük britaniyalıları məğlubiyyətdən xilas edib. Düzdür, isveçrəlilərin futbolçusu Mario Qavranoviç qol sevinci yaşayıb. Lakin onun sevinci qısa sürüb. Baş hakim Klemen Turpin VAR-ın tətbiqindən sonra qolu ləğv edib. Beləliklə, AVRO-2020-nin ilk heç-heçəsi Bakıda qeydə alınıb – 1:1.

Qeyd edək ki, bu gün AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.

AVRO-2020
12 iyun
I tur, A qrupu
17:00. Uels – İsveçrə - 1:1
Qollar: Kiffer Mur, 74 - Bril Embolo, 49
Baş hakim:
Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN