booked.netbooked.net booked.net  

Finlandiyanın Porvo şəhərində keçirilən sərbəst güləş üzrə Finlandiya çempionatında U-15 (15 yaşınadək idmançıların) mübarizəsində 11 yaşındakı azərbaycanlı Sura Mirac Abbassoy da iştirak edib.

 39 kq çəki dərəcəsində mübarizə aparan Sura dörd görüş keçirib.

İki rəqibinə tuşe (rəqibin kürəyini güləş xalçasına vurub qalib gəlmək), bir rəqibinə tam üstünlüklə (rəqiblə arasında 10 xal fərqi ilə təmiz üstünlük sayılır) və 4-cü rəqibinə isə 8:4 hesabı ilə qalib gələrək ölkə çempionatının qızıl medalını əldə edib.

Qeyd edək ki, 17-18 oktyabr tarixlərində İsveçin Umea şəhərində keçirilən Avropa çempionatında da Sura ikinci yerə çıxıb.

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN