Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı, beynəlxalq müsabiqələr laureatı Aydan Əliyeva növbəti uğuruna imza atıb.

Akademik Musiqili Teatrından əldə etdiyimiz məlumata görə, gənc bəstəkarın yenicə yazdığı "Simli Kvartet" əsəri Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş XII Beynəlxalq Qəbələ Musiqi Festivalında səsləndirilib.

Qeyd edək ki, uşaqlıqdan musiqiyə, incəsənətə marağı olan A.Əliyeva   Mərdəkanda yerləşən 17 saylı  Uşaq musiqi məktəbində təhsil alıb. Azərbaycan Televiziyasının Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunda və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xorunda çıxış edib. Daha sonralar Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecində və Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib.

2016-cı ildən Akademik Musiqili Teatrda çalışan A.Əliyeva  repertuarda olan tamaşalarda xor artisti kimi iştirak edib. Ölkənin tanınmış müğənniləri tərəfindən ifa olunan bir çox maraqlı mahnıların və musiqi əsərlərinin müəllifi olan gənc bəstəkar müxtəlif musiqi festivalları və müsabiqələrində uğurla çıxış edib, fərqləndirici mükafatlara layiq görülüb.

Xatırladaq ki, Aydan Əliyeva hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq üzrə magistr pilləsinin 1-ci kurs tələbəsidir.

Gənc bəstəkara yeni yaradıcılıq uğurları arzulayırıq.

E.ŞİRİNOV

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA