Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, səhhəti normaldır: “Mən artıq uzun müddətdir ki, xəstəxanada müalicə alıram. Axşamlar isə evə gedirəm”. Qeyd edək ki, ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər Xalq artistinin xəstəxanaya yerləşdirildiyini bildirib.