booked.netbooked.net booked.net  

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

Qurumun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, bu günlərdə MEK-ə Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Almaniyanın Entomologiya İnstitutundan “Contributions to entomology”, Botanika Bağı və Botanika Muzeyinin Kitabxanasından “Willdenowia”, Şərqşünaslıq İnstitutundan “Orient”, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Qurumundan “Belleten”, “Türk Dünyası Tarih Kültür Dergisi” yer alıb.

Qeyd edək ki, nəşrlərdə siyasət, iqtisadiyyat, mədəniyyət mövzuları ilə yanaşı, aksonomiya, filogeniya, zoogeoqrafiya, fauna, bitki, yosun və göbələk sistematikası barədə elmi məqalələr əksini tapıb.

MEK xarici tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun olan xarici nəşrlərin əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN