Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Tezadlar.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova "Şərəf" ordeni ilə təltif edilib.