booked.netbooked.net booked.net  

 

Məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun anım günüdür.

O, 1912-ci il avqustun 20-də Tiflisdə Üzeyir Hacıbəyovun özü kimi bəstəkar olan qardaşı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. İlk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin Musiqi Məktəbində, Sankt-Peterburq Mərkəzi Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. olub. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb. 

Bütün musiqisevərlər ona “maestro” deyə müraciət edərdilər (“maestro” italyan sözü olub, “ustad” deməkdir). Dirijor və bəstəkar Niyazi Tağızadәnin musiqi marağının formalaşmasına atası bəstəkar Zülfüqar Hacıbəyovla yanaşı, əmisi Üzeyir Hacıbəylinin də böyük təsiri olub. 

Niyazi Tağızadә bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930-cu illərdən başlayıb. O, dərin musiqi savadına, böyük iradəyə və möhkəm xarakterə malik sənətkar idi. Onun repertuarında Qərbi Avropa, rus, sovet klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri mühüm yer tuturdu. 

Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqimizin təbliğində Niyazi Tağızadәnin xidmətləri böyükdür. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olub, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. 

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması və inkişafı da Niyazi Tağızadәnin adı ilə bağlıdır. Onun dirijorluğu ilə şərh edilən milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası sovet musiqisinin qızıl fonduna daxil olunub. 

Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazinin 1949-cu ildə bəstələdiyi “Rast” simfonik muğamı güclü emosional təsiri, zəngin melodikası ilə diqqəti cəlb edir. Niyazi Tağızadә Nizaminin eyniadlı poeması əsasında “Xosrov və Şirin” operasını bəstələyib. O, “Çitra” baletində hind xalq musiqisinin ritm və intonasiyalarından məharətlə istifadə edib.

O, həmçinin bir çox mahnıların, dram tamaşalarına, kinofilmlərə bəstələnmiş musiqinin də müəllifidir. Niyazi Tağızadә dünyanın bir çox ölkəsində qastrolda olub, opera, balet və s. musiqi əsərlərinə dirijorluq edib. Niyazi Tağızadәnin sənəti ölkənin ən yüksək mükafatlarına layiq görülüb.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.
 Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyərdi: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.
Əlbəttə, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb.  “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib. 
Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 

Niyazi ilə Həcər xanımın sevgi tarixçəsi...

В гостях у Маэстро – интересные подробности о доме-музее Ниязи

Ən böyük Niyazi, ondan böyük yox” » Reyting.az

 Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN