...Üzeyir Hacıbəyovun mili mədəni-siyasi-ictimai-bədii fəaliyyəti haqqında nə qədər desəniz danışmaq olar. Hətta onu ötən əsrin əvvəllərində status qazanmış milli "özümüzünkü"lər belə qəbul etməkdən başqa yol görməmişlər. Sabiq səfir Vilayət Quliyevin bu barədə maraqlı açıqlaması diqqəti çəkir. "...1930-cu illərdə "özümüzünkülər" də Üzeyir bəyin fəaliyyətinə müsbət qiymət verərkən bunu elə şəkildə edirdilər ki, adam sevinmək əvəzinə narahat olur, səksəkəyə düşürdü. Bəlkə də kəmfürsətliyi ilə seçilən yeni rejimdən iyrənirdi. Məsələn, 1930-cu ilin aprelində Azərbaycanda sovet hakimiyyəti "qurulmasının" 10 illiyinin qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan Əsəd Tahir adlı müəllif "Kommunist" qəzetində "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!" adlı "məqaləsində" yazırdı: "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir".
Bəli, Üzeyir bəy elə bir milli məfkurə və milli vətənpərvər idi ki, onu istəməyən və gözügötürməyənlər belə birbaşa olmasa da, dolayısı ilə qəbul edir, sevirdilər.
A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA