İran təqvimində 22 sentyabr - İraqın hakim BƏƏS rejimi diktaturasına və bəzi Qərb ölkələrinin əlverişli vədlərinə güvənərək 1980-ci ildə İran İslam Respublikasına hücum etdiyi gündür. Bu, 8 il davam edən böyük bir hadisənin başlanğıcı idi və müasir dövrün ən uzun insan müharibələrindən biri sayılan həmin müddət ərzində hərbi, mənəvi və idarəçilik sahələrində  dünyanın siyasi sistemlərində daha az görülən hadisələr baş verdi.

İran İslam Respublikasının İraqdakı rejimin təcavüzünə qarşı müqəddəs müdafiə müharibəsində Qərbin bəzi yeni kimyəvi silahları BƏƏS qüvvələri tərəfindən sınaqdan keçirildi. Siyasi təzyiqlərə, qurudan, havadan və dənizdən İrana hücumlara baxmayaraq, bu diyarın şəhidpərvər insanları yadellilər qarşısında ayağa qalxdılar və nəticədə torpaqlarının bir qarışını da düşmənə vermədilər.

İranda bu dövrün hərbi məsələləri ilə yanaşı, din, mədəniyyət və mənəviyyat sahəsində bəzi məsələlər meydana gəldi ki, bu da İran və İslam dünyasının intellektual sistemində yeni mədəniyyətə səbəb oldu. Vətəni qorumaq, imanın müdafiəsi, həmrəylik və birlik ruhuna inam, müqəddəs müdafiə, məzlumlara dəstək, təkəbbürlə mübarizə, şəhidlik, gənclik şəhadəti, mənəviyyat, cəsarət, başqalarına görə fədakarlıq, uşaqları qurban vermək kimi məsələlər, din yolu, Vilayət-e-Fəqih, əzmkarlıq, xeyirxahlıq və cəngavərlik, alçaldıcı ölüm qarşısında xoşbəxt ölüm, dünyaya və dünyəvi görünüşlərə etinasızlıq, müqavimət, qadınların və uşaqların müharibədə öldürülməməsi və yüzlərlə başqa fikir müharibənin bitməsindən uzun müddətə qədər görünən yuxarıdakı təsvirlərlə əxlaqı və dini ruhu öyrətdi və sonradan tamamilə İran mədəniyyətinə qərq oldu. Deyilənlərə görə, yüz illərlə yaşayan bu dini təlimlər tətbiq edildi və praktiki şəkildə dünya həyatının ensiklopediyasında özünə əbədi yer tutdu.

Müqəddəs müdafiə dövründən qalan mədəniyyətin nəticəsi, indiki nəslin əlində olan yüzlərlə həcmli bədii ədəbiyyat, roman, düşüncə və etika tədricən Müqəddəs Müdafiə əxlaqı və mədəniyyətindən qaynaqlanan bir növ irfani ədəbiyyatdır. Ədəbiyyatımız və kino sənətimiz yüzlərlə sənədli filmlə birlikdə onlarla bədii və qısametrajlı filmlər çəkərək onları beynəlxalq festivallarda nümayiş etdirə biləcək uyğun bir yer qazandı. Bu filmlər azad insanların ruhlarından və İslam dinindən götürülmüşdür və fitri insan azadlıqları ilə ziddiyyət təşkil etmir, özünə möhkəm bir dayaq taparaq yüksək beynəlxalq mükafatlar qazana bildi .

Müqəddəs müdafiə filmlərinin əksəriyyəti İranın qəhrəmanlıqlarla dolu müdafiəsinin 8 ili ərzində tətbiq olunan insani və dini dəyərləri özündə əks etdirir.

İranda müqəddəs müdafiə dövrünə aid filmlər uzun bir tarixə malik olmadıqları üçün yeni və səliqəli mövzulara malik yeni fenomen sayılırdı və çəkilməsi çox çətin olsa da, tamaşaçılar üçün cəlbedici idi. Eyni halda görünür ki, bu filmlərə baxmaq xeyli maraqlıdır və İmam Xomeyninin (r.ə) müdrik rəhbərliyi altında bütün gənclərin Vətəni və dini dəyərləri qorumaq üçün iştirak etdikləri müqəddəs müdafiə dövrünün eyni cəsarətini göstərir.

Bu filmlər bəzən İran döyüşçülərinin hərbi gücünü, bəzən heç bir əmr gözləmədən vətəni müdafiə üçün könüllü gedən gənclərin mənəviyyatını və səmimiyyətini göstərmək, bəzən şəhidlik və müdafiə kimi mənəvi mövzuları izah etmək, vətəni və bəzən də bu filmlər İran döyüşçülərinin qarşıdurma və müharibə atəşi içərisində canlılığının və zəkasının nümayişi üçün idi. Filmlərin bəziləri evləri, kommunikasiya xətlərini dağıdan müharibənin iranlı ailələr, iran şəhər və kəndləri üçün yaratdığı problemlərə həsr edilib. Xürrəmşəhr və Abadanın azad edilməsi və Səddam Hüseynin əmri ilə Hələbçəyə kimyəvi bombaların yağdırılması kimi acı hadisələri özündə ehtiva edərək bəşəriyyətə çatdırır və bildirir ki, hər bir halda müharibə insan hüquqlarının tapdalanması və dağıdıcılıqla birlikdədir. İnsanlar öz vətənlərini və milli birliyi qorumaq xaricində bundan çəkinməlidirlər. 

Ancaq nə olursa-olsun, müqəddəs müdafiə dövründə film çəkmək iranlı kinorejissorlar üçün saf bir təcrübə idi. İranda film çəkilişini konseptual və texniki baxımdan bir neçə pillə qaldıran və beynəlxalq aləmə bir çox mənəvi mesajları çatdıra bilən kürsü, tribuna idi. Qərəzsiz baxıldıqda, dünyanın hər yerində təkrarlana biləcək mesajlar, fədakarlıq kimi anlayışlar, İbrahim dinlərinin təbiətindən və təlimlərindən qaynaqlandığı üçün müdafiə, vətən və s. bütün mədəniyyətlərdə mövcuddur və bu xatirələrin bəziləri insan yaddaşından silinə bilməz - bir qərb ölkəsindəki kimyəvi silah alverçilərinin kimyəvi silahları səbəbiylə Hələbcədə yüzlərlə adamın öldürüldüyünün videosunu gördükdə göz yaşları tökdükləri və etdiklərinə görə peşman olduqları an kimi...

İran təqvimində bu dövrdə canlarını vətənləri və dini idealları uğrunda qurban verən gənclərin bütün səylərini şərəfləndirmək üçün 22 sentyabr eyni cəsarət və hadisələri xatırladan müqəddəs müdafiə həftəsi adlandırılmışdır.

44 günlük Qarabağ savaşında da eyni şücaəti yaşamış dost və qardaş Azərbaycan ölkəsində müqəddəs müdafiə filmləri içərisində olan eyni dövrün bəzi film nümunələrini internet üzərindən göstərmək qərarına gəldik ki,  dostlarımıza o dövrün mənəvi və hərbi atmosferinin guşələrini tanıdaq.

Əli Purmərcan,

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri