booked.netbooked.net booked.net  

“Space TV” loqosunu dəyişib.

Ekranın yuxarı sağ küncündəki  loqo yeni dizaynda tərtib edilmiş "Space" sözü ilə əvəzlənib.

Qeyd edək ki, sonuncu dəfə 26 sentyabr 2012-ci il tarixində “Space TV” loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.

Xatırladaq ki, "Space" fəaliyyətə başladığı 1997-ci ildən 2001-ci ilə kimi  televiziyanın rəhbəri Eldar Namazov, 2001-2006-cı illərdə isə Etibar Babayev olub. Kinorejissor Vaqif Mustafazadə isə daha uzun zaman - 2021-ci ilə qədər şirkətə rəhbərlik edib. 5 Fevral 2021-ci ildə “Space” televiziyasının yeni rəhbəri əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkəni K.Şahverdiyev olmuşdur. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə həm "Space" TV-nin icracı direktoru vəzifəsində çalışıb, həm də  Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.  20 may 2021-ci il tarixindən etibarən isə bu vəzifəyə  ssenarist, kinoprodüser, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyin edilib. Müşfiq Hətəmov 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Televiziya rəhbəri vəzifəsinə gətirilənə qədər isə  Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb.

 TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN