booked.netbooked.net booked.net  

Xalqa artisti Brilliant Dadaşovanın baclısı oğlu həbs edilib...
Belə ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. 
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. 
Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. 
Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
 Təəssüf! Məşhur bir ailənin-nəslin davamçıları görün kimlərdir? Gənc nəsil bilməlidir ki, narkotik nəinki bir nəfəri-istifadə edəni, həm də bir nəsli birdəfəlik məhv edir...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN