Bu gün Azərbaycan Mətbuat Şurasında «Media və siyasi proseslərə baxış: peşə etikası və mövcud reallıqlar» mövzusunda tədbir keçiriləcək. Tədbirdə qəzet və sayt rəhbərləri, siyasi analitiklər, siyasi proseslərdən yazan peşəkar jurnalistlər iştirak edəcək.

Qeyd edək ki, 44 günlük Zəfər müharibəsindən sonra bölgədə həm də yeni siyasi reallıqlar yaranmışdır. Odur ki, jurnalistlər bu reallığı elə işıqlandırmalıdır ki, Azərbaycan və dünya ictimaiyyəti bölgədə cərəyan edən proseslər barədə dolğun informasiya ala bilsin.

A.Məmmədli