booked.netbooked.net booked.net  

Müğənni Günay İbrahimli İnstaqramda izləyicilərinin suallarını cavablandırarkən bir nəfərlə eşq yaşadığı barədə danışıb. Bu zaman izləyicilərdən birinin verdiyi "Hansı mahnınızı oxuyanda o, yadınıza düşür"- sualına belə cavab verib: "Yanımdadır da. Niyə yadıma düşsün?".

P.S. Əlbəttə, Günay xanım, kasıbın malı gözünün qabağında gərək. Əgər nəzərə alsaq ki, şou əhli xanım üçün nəinki ər, hətta adi kişi belə tapmaq müşkül məsələdir, onda Günay xanımı əsl qəhrəman adlandırmaq olar. Bir də ki, o eşq yaşadığı kişi pulun ucunu göstərməsə, Günay xanımın yadına kişi nədir, heç mahnı da düşməz. Odur ki, Günay xanım, o eşq yaşadığın kişini bərk saxla və heç kimə göstərmə. Yoxsa ətövbə paxıllıqdan həmkarların onu sənin əlindən alacaq və müğənni kimi karyeran da məhv ola bilər.

***

Türkiyə prezidenti sayın R.T.Ərdoğanın söylədiyi "BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü dünyanın problemlərini həll etmək gücündə deyil və dünya beşdən böyükdür"- fikirlərini bu günlərdə haqq yoluna gələn V.Putin də dəstəkləyib.

P.S. Əgər Fransa prezidenti damarında erməni qanı daşıyan Emanuel Makron da vaxtilə R.T.Ərdoğanın söylədiyi "Bu Makron getsin ağlına dua yazdırsın" tövsiyəsinə dəstək verib, əməl etsəydi, indi özünü erməni kimi yox, əsl fransız kimi aparardı və bu qədər söyüş-qarğış yiyəsi olmazdı.

***

Qəzetlərin birində Minsk Qrupunun əhəmiyyətsizliyindən bəhs edən yazıya belə başlıq qoyulub: "Ləğv olunmalı Minsk Qrupu niyə "xortlamaq" istəyir?"

P.S. Neyləsinlər bəs? Hər üç həmsədr, yatıb yuxuda Qarabağda və Ermənistanda keçirdikləri xoş günləri, başlarına fırlanan huri mələk haykanuşları, quzu kabablarını, erməni konyaklarını görürlər. Belə günlər üçün kim "xortlamaq" istəməz ki?..

***

Xəbər verilir ki, İran nəhayət, asqırıb ayılıb və ermənilərə münasibətdə lap ağ elədiyini gördüyündən, yük maşınlarının Qarabağa və Laçına girməsini qadağan edib.

P.S. Deyəsən, Ali Baş Komandan, Prezident İlham Əliyevin Suqovuşanda İran barədə dediyi kəskin fikirlər, molla rejiminin bizim gözümüzü bağlamağa yönəlmiş bəd dualarının təsirini sıfıra endirdi. Ona görə də məşhur məsəl burada lap yerinə düşür: "İran ulduz... üzr istəyirəm, ilan ulduz görməsə, ölməz". Necə deyərlər, adın nədir, Daşdəmir, yumşalarsan, yumşalı... Bir də ki, İran sərt olub nə edəsidir?!

***

Məlumatlara görə, özünü Qarabağdakı daşnak tör-töküntüsünün lideri sayan Araik Arutunyan tabeliyində olan qanunsuz silahlı dəstələri niyə buraxırsan, - sualına belə cavab verib: "Azərbaycanlılar tələb edir".

P.S. Ahaaa, bax bu başqa məsələ. İndi qanunsuz silahlı dəstələri buraxmağa hazırlaşan Araik dığa, 44 günlük II Qarabağ savaşı zamanı şalvara buraxmışdı, üzr istəyirəm, şalvarı buraxmışdı...  Amma sonradan rus erməniməramlıların, yenə çaşdım, rus sülhməramlıların sayəsində şalvarınıbərkidən Araik artıq başa düşür ki, indi azərbaycanlıların tələbini, xahişini yox haaa, məhz tələbini yerinə yetirməsə, şalvar yenə yaş və ayaq-baş ola bilər...

***

Deputat Musa Quliyevin "...kişilər evdə işlətdiklərinə görə həyat yoldaşlarına pul ödəməlidirlər" fikri gülünc doğurmaqla bərabər, xeyli müzakirələrə səbəb oldu.

P.S. Musa müəllim, birincisi, biz kişilər evə həyat yoldaşı, ömür gün yoldaşı gətirmişik, qulluqçu gətirməmişik ki, ona da pul ödəyək. "Kişilər mətbəx və ev-eşik işlərində həyat yoldaşlarına kömək etməlidirlər" desəydin, yeri var idi. İkincisi, o qadınların min bir əziyyətlə oğul-qız sahibi edib, onlara müqəddəs ana adını bəxş etdiyimizə görə, bəs biz kişilərə kim pul ödəyəcək? Üçüncüsü, özgənin qızını gətirib illərlə evimizdə saxladığımıza görə kirayə pulunu kim verəcək? Dördüncüsü isə, Musa müəllim, belə bir məsəl var e, "aşığın sözü qurtaranda sazda dırın-dırın çalar"- deyirlər. Deyəsən, seçildiyin ərazidə seçicilərinin bütün problemlərini həll edib qurtarmısan, ona görə də Milli Məclisdə daha danışmağa söz tapmırsan.

***

Müğənni Nadir Qafarzadə, onun fəxri ad almadığına görə qəzəblənməsini qınayanlara, yenə qəzəbli cavab verib: "Sənətim və zəhmətim haqqında danışan axırıncı adamcıqlarsınız. Ev yıxanlar, başqasının kişisindən dünyaya uşaq gətirənlər və s. Bu həyatda hər şeyə tək başına nail olmuşam. Arxamda Allahdan başqa heç kim olmayıb".

P.S. Ay əsəbi Nadir Qafarzadə, bax belə nankorluq edirsən deyə, sənə ad vermirlər dəə... Sənin arxanda dövlət dayanmasaydı, sən nəinki müğənni, heç küçə süpürən də ola bilməzdin. Hərçənd mən səni bu sahədə daha perspektivli görürəm. Sonra, ay nankor, bir çox müğənnilərdə olduğu kimi, vaxtilə iş adamı olmuş, indi isə heç kim sayılan Telman İsmayılov sənin arxanda az dayanıb? Kişinin əməyini və pulunu nə tez unutdun? Bax belə nankor və çörəyi dizinin üstündə olduğun üçün də, sənə heç bir fəxri ad verilmir və bu gedişlə heç vaxt da verilməyəcək.

***

ARB TV-də yayımlanan "Həmin Zaur" verlişində iştirak edən aparıcı Zümrüd Bədəlova, müğənni Bahar Lətifqızı, xanəndə Zakir Əliyev və digərləri bayrağımızın rənglərinin mənasını deməkdə çətinlik çəkiblər.

P.S. Rəhmətliyin uşağı, çətinlik çəkərlər dəə... Şou əhli nə bilir dövlət nədir və onun atributları hansıdır, bayrağının rənglərinin mənası nə deməkdir? Siz onlardan bayrağın rənglərini yox e, pulların rənglərini soruşun. Onlar nəinki dolların, yevronun, manatın, rublun və s. rənglərini, hətta istənilən nominasiyadan olan irili-xırdalı bütün pulların rənglərini dəqiqliklə deyə bilərlər. Şou əhli elə bir tayfadır ki, onlar toyda, konsertdə və hər hansı bir məclisdə mahnı oxuyanda bayrağı yox, alacağı pulları fikirləşirlər ki, görək göy 200-lük, qırmızı 100-lük, yaşıl 100 dollarlıq nə qədər olacaq? Bu da sənə rənglərin mənası... Sən də nə qoyub, nə axtarırsan? 

***

Xəbər verilir ki, Xalq artisti Brilliyant Dadaşova "Səs Azərbaycan"ın birinci bölümündə rok və pop janrını ayırd edə bilmədiyi üçün ictimaiyyət tərəfindən babat qınağa tuş gəlib.

P.S. Qınaq hələ azdır, lap daşqalaq edilməlidir. Adama deyərlər başın çıxmırsa, niyə başını başlara soxursan? Elə bu savadsızlığının nəticəsidir ki, gözəl səslə, yüksək səviyyədə "Xarı Bülbül" mahnısını ifa edən 24 yaşlı Nicat Tağıyevin II Qarabağ savaşının iştirakçısı olduğu bilinən zaman, bütün zaldakılar ayağa qalxıb döyüşçünü alqışladığı halda, sən yerindən durmağı özünə rəva bilmədin. Mən başa düşə bilmirəm, Qarabağ döyüşçüsünə hörmət qoymayan, rokla, pop janrlarını ayırd edə bilməyən birini, "Səs Azərbaycan" musiqi yarışmasının münsiflər heyətinə hansı savadsız dürtüşdürüb?

 

ELÇİN

elcinmemmedli

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN