booked.netbooked.net booked.net  

Məlum olduğu kimi, bütün dövlət orqanlarında İctimai şuralar yaradılmaqdadır...

Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (faktiki məmur) Ə.Muradov İqtisadiyyat Nazirliyində İctimai Şuranın sədri seçilib... Sual yaranır: bu halda şura sədrləri nazirlərin fəaliyyətinə “İctimai İştirakçılıq haqqında” Qanunun tələbləri baxımnda necə nəzarət edəcək?

Jurnalist Anar Yusifzadə bu barədə maraqlı status paylaşıb: “İctimai Şuralarda təmsilçilik kimə sərf edir: nazirliyə, yoxsa “seçilən” üzvə? Maraq nədi? Aylıq paketmi? Nazirliyi tənqidlərdən qorumaqmı? Qrant almaqmı? Yoxsa başqa məqsəd var? Seçilənlə seçən eyni təşkilatı təmsil edə bilərmi? Seçdirən şəffaf deyilsə, seçən də o qutudan özünə uyğunu çıxaracaq. Bəlkə sərf edəni? Seçilən həmin sahəni tənqid edə biləcəkmi? Əsla. Əksinə, bir tənqid yazılan kimi “seçilənlər” müdafiə xəttinə keçib növbəyə düzüləcək. Yaxşı yarış başlayıb. Bir adam bir-birinə aidiyyatı olmayan 3-4 sahəni əhatə edən qurumda seçkilərə göndərilir. Pulu üzvlükdən çıxanlardan çoxu özünə belə inanmır. Kim onlara inanacaq ki.... Ən təmiz hesab etdiyimiz biri çirkaba bulaşmasın deyə nə etmək olar? Artıq heç nə! Bu sahədə yaxşı araşdırmaya ehtiyac var. Olacaq!”

Əlavə şərhə, sadəcə, yer qalmadı...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN