booked.netbooked.net booked.net  

Ehtiram Əli oğlu

Qoruya bilmədin ləyaqətini,

Çox gizli saxladın bəd niyyətini,

Xoş rəftar, səmimi ünsiyyətini,

Etdin yerlə-yeksan, üzün ağ olsun!

 

Şeytansan, iblissən, bilmirəm nəsən,

Həm də etibarsız, üzüdönüksən.

Hər an çətinliklə üzləşəcəksən,

Bəsdir, bir az utan, üzün ağ olsun!

 

Oyan, keçmişini yada sal barı,

İtirdin qeyrəti, namusu, arı.

Xain çıxdın, kəsdin düz etibarı,

Əqidəsin danan, üzün ağ olsun!

 

Nəfsini saxlaya bilmədin nədən?

Heç də bezikmədin pis əməlindən.

Günahını yumaz coşqun Köndələn,

Çirkaba batmısan, üzün ağ olsun!

 

Tutduğun əməldən üzüləcəksən,

Saxtasan, sünisən, axır ki, sənsən.

Gülünc vəziyyətə tez düşəcəksən,

Ey haqqı unudan, üzün ağ olsun!

 

Ehtiramın güclü olur nifrəti,

Saldın ayaqlara xətir-hörməti.

Ağılsız başınla etdin qələti,

Olacaqsan peşman, üzün ağ olsun.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN