"Son vaxtlar bəzi nadanlar Xalq şairi Sabir Rüstəmxanlının söylədiyi fikirləri konteksdən çıxarıb, müxtəlif yozumlarla ictimaiyyətə sırımağa çalışırlar. Guya ki, bu böyük insanı gözdən salacaqlar..."
Bu sözlər "Yardımlı Xeyriyyə Cəmiyyəti"ndən "Təzadlar"a daxil olan bəyanatda yer alıb. Bəyanatda daha sonra deyilir: "...Bir müddət öncə adını çəkib hörmətə mindirmək istəmədiyimiz bəzi adamlar da bu yolu tutmuşdular. Biz “Yardımlı Xeyriyyə Cəmiyyəti” olaraq dərhal ölkə mətbuatında həmin kəslərə etirazımızı bildirib, bəyan etmişdik ki, Sabir Rüstəmxanlı bir neçə eloğlumuz kimi biz yardımlılar üçün qürur yeridir. Onların ünvanına söylənən hər hansı bir nalayiq kəlmə bizi hiddətləndirir və özümüzü təhqir olunmuş kimi sanırıq… Sabir Rüstəmxanlının kim olduğu barədə danışmaq artıqdır. O, bu xalqın taleyində əməlləri ilə özünü təsdiq etmiş insanlardandır. Yaradıcılığı və siyasi fəaliyyəti ilə Azərbaycan tarixində yeri olan VƏTƏNDAŞdır…
Bir də ki, Sabir Rüstəmxanlı ömrünün 76-cı payızını, müdrik çağlarını yaşayır. Onda səhv axtarmaq, Ona irad tutmaq nadanlıqdır…
Bu iyrənc kompaniyaya qoşulanlara xatırladırıq; cənablar, Sabir Rüstəmxanlı ilə fəxr edən 250 mindən çox həmyerlisinin qüruru ilə oynamayın, bizi təhqir etməyin!"
A.Məmmədli