...Azərbaycan bu üzümüzə gələn bayramı da həmişə arzuladığımız kimi, ikinci il oalacaq ki, Şuşada, Ağdamda... və işğaldan azad edilmiş torpaqlarımızda qarşılayacaq. Hətta məcburii köçkünlərimizlə birlikdə... Belə ki, Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.
Arzu edək ki, Azərbaycanın Zəfər bayramı əbədi və milli-dövlət bayramları əzəli olsun!
A.Məmmədli