booked.netbooked.net booked.net  

Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunan müğənni Cabbar Musayevin yanvar ayının 24-nə təyin edilən məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Bu barədə yerli mətbuata müğənnidən şikayətçi olan Dəniz Əsədova məlumat verib.

Açıqlamada iclasın təxirə salınmasına səbəb müğənninin məhkəməyə gəlməməsi göstərilib: "Hakimdən hər iki şəxsin iştirakı olmadan məhkəmə prosesinin qiymətləndirilməməsini istədim. Çünki xüsusi ittihamçıyam. Cabbar Musayev məhkəməyə gəlməmişdi. Təqsirli hesab etdiyim xanımın vəkili isə gəlmişdi".

Məhkəmənin sırf bu səbəbdən təxirə düşdüyünü deyən Dəniz Əsədova növbəti iclasın fevralın 31-nə təyin olunduğunu açıqlayıb.

Qeyd edək ki, Musayev Cabbar İntiqam oğlu Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunur. C. Musayev barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın icraatına verilib. İş üzrə şikayətçi qismində tanınan müğənni Əsədova Dəniz Elman C.Musayevin tələbəsidir. İfaçı tanınmış müğənnini onun şəxsiyyətini alçatmaqda ittiham edib. İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə sevgilisi xanımla birgə saxta hesab açaraq D.Əsədovanı və ailəsini təhqir edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN