booked.netbooked.net booked.net  

Tibb elmləri doktoru: “Məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir”

Bu  günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu yeni tədris ilində məktəblərin açıq qalması üçün zəruri tədbirləri görməyə çağırıb.

Büronun direktoru Hans Klüge bildirib ki, yaxın həftələrdə Avropa ölkələrində milyonlarla uşaq məktəblərə qayıdacağı üçün təhlükəsizliyin təmin olunması ilə bağlı ÜST-ün Avropa regional bürosu, eləcə də UNICEF lazımi tədbirlər görməlidir.

Onun sözlərinə görə, zəruri tədbirlər sırasında müəllimlərin və digər işçilərin, eləcə də 12 yaşdan yuxarı şagirdlərin vaksinasiyasını qeyd edib.

Bu gün isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib ki,  müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq.

 Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq.

 ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı da bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir: “ Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”, - deyə vurğulayıb.

 Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin sözlərinə görə, son günlər xüsusilə Almaniyadan olan elmi tədqiqatlar məktəblilər arasında virusa yoluxmanın zamanında aşkarlanmasının mümkünlüyünü sübut edib: “Bu üsulla isə həm tədrisin məktəblərdə davamlı keçirilməsinin elmi əsaslarla mümkünlüyü praktiki olaraq göstərilir, həm də virusun yayılmasının qarşısı alınır. Bu elmi tədqiqatlarda strategiyanın əsasında uşaqlar üçün istifadəsi çox rahat olan sorma testlər durur. Belə ki, bu testlərin sensitivliyinin bizim bildiyimiz qısa müddətdə cavabı hazır olan sürətli antigen testlərdən də yüksək olması elmi tədqiqatlarla sübut edilir. Bu da bir daha məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir.

Bundan əlavə, bu testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə bir başa şərait yaradır. Əks halda, “delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə tədrisin təşkilində ciddi problemlər yarada bilər”, - deyə bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN