"Valideynlər məktəb binasına buraxılmayacaq".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

E.Kərimov bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək: "37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır".

Xatırladaq ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Onu da qeyd edək ki, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA