booked.netbooked.net booked.net  

Məlum olduğu kimi, 8-12 sentyabr 2021-ci il tarixdə Türkiyənin paytaxtı Ankara şəhərində Eğitim Yöneticileri və Uzmanları Derneği (EYUDER), TOBB ETÜ (Türkiyə Odalar və Borsalar Birliyi Ekonomi və Texnoloji Universiteti) və Southern Connecticut State University birgə Beynəlxalq XII Eğitim Yöneticileri Forumu (EYFOR-XII) keçirib.

Tədbirdə Azərbaycanı təmsil edən 16 nəfərlik qrup iştirak edib.

Qrupun üzvlərindən biri də Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanovadır. O, beynəlxalq konfransa "Orta məktəbdə psixoloji xidmətin səmərəliliyinin artırılmasının yolları" məqaləsi ilə qatılıb.

Ümmü Süleymanovanın bu mövzudakı çıxışı aktual məsələ kimi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və tədbirin təşkilatçıları tərəfindən fərqləndirici sertifikatla dəyərləndirilib.

Qeyd edək ki, Ü.Süleymanova Türkiyənin kitab və dərslik müəllifləri olan, təhsil projelərində tanınan üç müəllimindən birgə layihə təklifi alıb. Bu layihələr yaxın günlərdə həyata keçiriləcək. Təbii ki, bu da təhsilimizin inkişafına təkan verməklə, qardaş ölkənin təhsilinə inteqrasiyasına xidmət edəcək.

Onu da qeyd edək ki, ölkəmizi təmsil edən 16 nəfərlik təhsil işçiləri ümumi olaraq "Altun Məşəl"lə mükafatlandırılıblar .

Biz də təhsil fədaisi Ümmü Süleymanovanın timsalında bütün təhsil işçilərimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Elbar ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN