Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinin I ildönümünə həsr olunmuş “Zəfər tarixi yazanlar”, “Azad Zəngilanım” adlı tarix dərsi keçirilmişdir

2020-ci il 27 sentyabr-8 noyabr Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar olaraq Hacıqabul rayon Mədəniyyət və Təhsil müəssisələrinin birgə hazırladıqları tədbirlər planına əsasən 20.10.2021-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Zəfər tarixi yazanlar”, “Azad Zəngilanım”  adlı tarix dərsi keçirilmişdir. Dərsdə rayon 8 nömrəli Humanitar fənnlər təmaüllü məktəb-liseyin  müəllimi və 9-cu sinif şagirdləri iştirak ediblər. 

Mərkəzin direktoru Aytən İmanova məktəbliləri salamlamış, onları Heydər Əliyev Mərkəzində açılmış “Dəmir Yumryq” adlı sərgi ilə tanış etmişdir. Müharibədə canlarından keçmiş,  qəhrəmanlıq dastanı yazmış I və II Qarabağ  müharibəsi şəhidlərinin foto şəkillərinə baxılmışdır. Mərkəzin direktoru məktəblilərə II Qarabağ Müharibəsi Şəhidləri haqqında məlumat vermişdir, həmçinin məktəbliləri sərgidəki rəsm əsərləri, əl işləri ilə tanış edərək qeyd etmişdi ki, sərgidəki rəsmlər rayonun kənd uşaqları tərəfindən Hacıqabul  rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” adlı rəsm müsabiqəsinə göndərilən rəsmlərdir. Onlayn yolla Mərkəzin Facebook səhifəsində keçirilən müsabiqənin bu gün son günüdür. Sonra A.İmanova məktəblilərə sərgidə yer alan, Yeni Azərbaycan Partiyası tərəfindən nəşr olunmuş və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər səlnaməsi” və İlham Əliyevin “İnkişaf–Məqsədimizdir” adlı kitabları, Mərkəzin əməkdaşları tərəfindən “Mədəni-İrs” qəzetində dərc olunmuş  və 44 günlük Vətən müharibəsi iştirakçılarına həsr olunmuş qəzet məqalələri  haqqında məlumat vermişdir. Mərkəzin direktoru uşaqları Mərkəzdə keçirilən müsabiqələrdə fəal iştirak etməyə çağırmışdır.

Dərs daha sonra dəyirmi masa ətrafında davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Mərkəzin direktoru Aytən İmanova giriş nitqi ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqına Qələbə sevinci yaşatmış II Qarabağ müharibəsindən bir il ötdü. Bu müharibə Azərbaycanı dünyaya vətənpərvər, qalib bir xalq kimi tanıtdırdı: "Bütün dünya “Dəmir Yumruğ”un gücünü gördü. Hər kəsə öz dilində cavab verən uzaqgörən, müdrük siyasətçinin Cənab İlham Əliyevin tutarlı cavablarının, ordu-xalq birliyinin, Vətən uğrunda canını qurban verən igidlərimizin qəhramanlıqlarının şahidi oldular.  Bu Qələbə 30 illik tariximizin ən parlaq səhifələrindən birinə çevrildi".

Vətən uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Mərkəzin direktoru Zəngilanın azad olunmasından, keçən bir il ərzində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərindən söhbət açmışdır. Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev  44 günlük Vətən müharibəsi, məğlub Ermənistan, onun havadarları ilə bağlı geniş çıxış etdikdən sonra şagirdləri müharibə iştirakçıları ilə bağlı materialların toplanması işində fəal iştiraka çağırmışdır. Daha sonra 9-cu sinif şagirdi Hüseynova Leyla 44 günlük Vətən müharibəsindən, igidlərimizin Şuşa uğrunda göstərdikləri qəhrəmanlıqdan, Zəngilanın işğaldan azad olunmasından geniş danışdı. Vaxtı ilə valideyinləri Horadiz şəhərindən köçkün düşərək Hacıqabulda məskunlaşmış və hazırda 9-cu sinif şagirdi İbişli Rəşadın çıxış edərkən kövrələrək gözlərinin yaşarması xalqımızın vətənpərvər ruhunun bir daha sübutu idi.

Dərsin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Dəmir Yumruq” sənədli filminə böyük maraqla tamaşa edilmişdir.

TƏQDİM ETDİ: JASMİN


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA