booked.netbooked.net booked.net  

Cəlilabadın Babalı kənd sakini Məlikov Elməddin Əliqulu oğlu dövlət başçısına rayon təhsilində baş verən özbaşınalıqlarla bağlı şikayət məktubu ünvanlayıb.

Müraciətdə deyilir: "Bildirirəm ki, mən Cəlilabad rayonunun Babalı kənd sakiniyəm. Hazırda Bayxanlı kənd məktəbində fiziki tərbiyə müəllimi işləyirəm. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak edərək ixtisasım üzrə yüksək bal toplamışam. Kəndimizdə dərs saatı az olduğundan qonşu kəndlərin məktəblərində vakant qalan yerlər üçün əvvəlcə Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevə dəfələrlə müraciət etmişəm. Hər dəfə müxtəlif bəhanələrlə məni aldadaraq vakant yerlərin dərslərini məndən aşağı bal toplayan müəllimlərə verib. Aidiyyəti yuxarı orqanlara etdiyim şikayətlərdən sonra RTŞ müdiri Ağaxan Ağayev məni çağıraraq bildirdi ki, hələlik vakant yer yoxdur, sən tap, dərs verim. Mən maraqlanaraq ona bir neçə boş qalan yerlər haqqında məlumat versəm də, yenə mənə dərs verilmədi. A.Ağayev belə bəhanə etdi ki, guya RTŞ-nin kadrlar şöbəsinin müdiri Orxan Əzimov həmin yerləri ondan xəbərsiz başqalarına verib. Mən ona “Siz necə müdirsiniz ki, sizdən xəbərsiz yerləri başqalarına verirlər?" deyəndə o, mənə bildirdi ki, Orxan Əzimovun atası çox önəmli bir şəxsin yanında işlədiyinə görə ondan çəkinir. Sonra da mənə bildirdi ki, yenidən vakant yer taparamsa, işlə təmin edəcək. Ancaq vakant tapdığım məktəbin direktoru mənə bildirdi ki, Ağaxan Ağayev məndən həmin yerlər üçün 500 manatdan pul alıb və mən də onu kimdən pul almışamsa, onlara verəcəyəm. RTŞ müdiri öz bibisi oğlu Mahiri direktor təyin etdiyi məktəbdə fiziki tərbiyə müəllimi ailə quraraq getməsinə baxmayaraq, onun adını məktəbə saxlayıb, jurnalı başqasına yazdıraraq kartındakı pulunu mənimsəyirlər. RTŞ müdiri Cəlilabad təhsilini əməlli-başlı bazara çevirib. Kim pul verirsə, ona dərs verir. Vətən müharibəsində iştirak etdiyi üçün özünü tam toxunulmaz hesab edir. Deyir ki, get, kimə şikayət edirsən, et. Bu barədə 14 saylı ƏMHM-dən tutumuş bütün orqanlara şikayət etmişəm. Məktubum A.Ağayevə göndərildiyindən şikayətimi bildikləri kimi bağlayıblar. Məni şikayətdən əl çəkməyəcəyimi görüb haqqımda anonim məktublar yazdıraraq məni şantaj edir. Məktubda yazdırıb ki, guya mən hansısa şagirdi vurmuşam, ruhi xəstəliyim var.

Sizdən xahiş edirəm ki, məni və Cəlilabad təhsilini RTŞ müdirinin əlindən qurtarıb, onun haqqında müvafiq tədbir görəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN