booked.netbooked.net booked.net  

DİM tərəfindən 2021-ci il 26 dekabr tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə, III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşanlar bakalavrlar və XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanları keçirilib.

İmtahanlar saat 11:00-da başlanıb.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında iştirakçılar bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunub. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçirilib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 1 həftə ərzində elan olunacaq.

Magistraturaya qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilib. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilən sınaq imtahanı isə Bakı şəhərində təşkil olunub. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN