booked.netbooked.net booked.net  

"DAHA BUNA "UJE" BİR BƏHANƏ AXTARDUN, TUFAĞUNU ÇÖRƏJƏM"...

Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatına görə (3 saat) pul tələb edib.

Qeyd edək ki, müəllim və direktor arasındakı dialoq sosial şəbəkələrdə yayılıb. Səs yazısı hazırda YouTube-yə yerləşdirilib.

Səs yazısına əsasən, məktəb direktoru əlavə saat müqabilində müəllimdən pul tələb edir, bəhanə gətirməməsini istəyir. Müəllim isə həmişə ona "hörmət" etdiyini, lakin indi imkanı olmadığını söyləyir. Daha sonra müəllimə bütün məktəb müəllimlərinin direktora pul verdiyini, onların bu mövzuda danışdığını bildirir, direktor isə onu "yaxşı tanımadığını" deyərək, otaqdan qovur...

Təhsil nazirliyinin rəsmi məlumatına görə, artıq Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparılır.

Yəqin ki, baş verənlərlə bağlı ciddi ölçü götürüləcək və inanaq ki, məktəb direktorlarının belə biabırçılıqlarına son veriləcək.  Çünki belə hallar, bağlı qapılar arxasında baş verir və bu gün biz,  bir nümunəsi ilə tanış olduq..

Səs yazısını təqdim edirik:

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN