Berlində COVID məhdudiyyətləri əleyhinə etiraz aksiyası keçirilib.

Icazəsiz aksiyada 4-5 min sakin iştirak edib.

Aksiyanın şəhər rəhbərliyi tərəfindən qadağan olunduğu bildirilib.

Buna baxmayaraq, Almaniya paytaxtının müxtəlif rayonlarında insanlar küçələrə axışaraq etiraz ediblər. 500-dək nümayişçi polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, dünən Fransada da analoji aksiyalar təşkil olunub. Nümayişçilərdən 76 nəfərinin saxlanıldığı bildirilib.

Bu aksiyalarda əhali nə tələb edir?  Əsas tələb koronavirusla əlaqədar qoyulan bir sıra məhdudiyyətlərin ləğv edilməsidir. İnsanlar qapalı şəraitdə yaşamaq istəmir, ictimai yerlərdə tətbiq edilən bir-sıra məhdudiyyətlərlə razılaşmır və bütün bunları dövlət orqanlarına tələb kimi irəli sürürlər. Bu qadağa və məhdudiyyətlərin nə qədər davam edəcəyinin qeyr- müəyyənliyi insanları daha da hiddətləndirir. Əhali daha bu qadağalarla barışmaq istəmir, sərbəst,azad yaşamaq istəyirlər.

Şakir QURBANOV