booked.netbooked.net booked.net  

...Şuşaya getməyə haqqı olan jurnalistlərin "Mən üzülmürəm..." kimi təsəlliverici statusunu oxuyuram... Təbii ki, bunlar təsəlliverici sözdür... Şuşaya 5 dəfə gedəni yenə sürüyüb aparırlarsa, niyə də təəssüflənməyəsən? Saymazlıqdır... Kimin filan yerdə bir rumka dostu, restoran dostu... varsa, o da daim irəlidədir. Olsun... Amma gəlib bircə cümləni xarici auditoriya üçün yazsın, gedib AzTV-də... və digər TV-lərdə nağıl danışmasın... 3 gün keçib, kimin Şuşa haqqında bir şedevr yazısını oxudunuz? Yoxdur. Çünki Şuşaya Şuşanı 30 il əvvəl görməyənləri aparanda belə olur... Görənlərin isə başı selfi çəkdirib "Ay camaat, mən də Şuşadayam" deməyə qarışmışdı... Amma Şuşaya getməyən Bahəddin Həzinin yazısını oxudum... Hikmət Sabiroğlu getsəydi göydən "Qrad" yağacaqdı? Bir elə şair getdi. Hanı onların bir bənd ürək dağlayan şeiri??? Nə isə... Tədbirin təşkili bu isə... Sonra da deyirlər ki, niyə dünya hələ də Şuşanı Aşotun şəhəri kimi tanıyır??? Bizim bu cürə siyasətsiziliyimiz belə tanıdır... Xarici KİV-də kimin bir cümləlik yazısını oxudunuz? Hansı ki, İsrailin "Sputnik", "Epoxa" qəzetləri ilə (hər iki qəzetin redaktoru bu günlərdə "Təzadlar"ın qonağı oldu), Trtajans.eu, trtajans.ru, trtajans.fr, trtajans.az saytları ilə birbaşa əlaqələrimiz var, yazımızı yayımlayardılar... Və Türkiyənin ən azı 20 saytında Şuşa haqqında yazı paylaşa bilərdim şəxsən mən...
Amma mən demirəm ki, məni niyə Şuşaya aparmadılar??? Çünki şəxsən mən 28 iliydi elə Şuşada idim, Şuşadan çıxmamışdım, Şuşadan ayrılmamışdım... Bu 28 ildə Şuşada olmayanları-görməmişləri... Şuşaya aparmaq lazım idi ki...
Asif Mərzili
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN