booked.netbooked.net booked.net  

Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyevin fikirlərini oxucularımıza təqdim edirik...

-Son zamanlar Ermənistanın Baş Naziri N.Paşinyan «Türkiyə ilə danışıqlara hazırıq» kimi bəyanatlar verir, eyni zamanda Ermənistan hərbiçiləri  atəşkəsi pozur, bölgədə silah səsləri eşidilməkdədir. Siz bu hadisiləri necə şərh edərdiniz?

-ABŞ Ermənistanda inqlab edərək Paşinyanı hakimiyyətə gətirdi və onun vastəsi ilə erməni dövlətini klonlaşdırmaq və bu istiqamətdə özünün «pilot» layihəsini həyata keçirməkdədir. Buna Paşinyanın simasında qismən də nail olmuşdur. Ermənistandakı hadisələr, Paşinyanın mövqeyi və fəaliyyəti Rusiyanın maraqlarına və milli təhlükəsizliyinə zərər vururdu. 44 günlük müharibənin nəticələri, 10 noyabr sazişi Cənubi Qafqazda siyasi vəziyyəti dəyişdi, yeni reallıqlar yaratdı... Yəni, ABŞ-ın hərbi-siyasi planları pozuldu, məlum üçtərəfli sənədin imzalanması bölgədə yeni siyasi ab-hava yaratdı.

Paşinyan yenidən Baş Nazir seçildikdən sonra isə  siyasi fəaliyyətində ikili siyasət yeritmək taktikası seçməkdədir. Belə ki, qərbin, xüsusilədə ABŞ-ın təlimatı əsasında Rusiya sülhmərəmlı qüvvələrinin missiyasına kölgə salmaq, bu baxımdan atəşkəsin pozluması üçün təxribat xarakterli aksiyalar həyata keçirməkdədir. Ermənistanda, o cümlədən ABŞ-da gözəl anlayırlar ki, bu çürə təxribatlar etməklə Azərbaycan ordusunun geri çəkilməsinə nail oluna bilməyəcəklər.

-Onda sual doğur ki, bəs bu təxribatlar nəyə hesablanıb?

-Hadisələrin təhlili göstərir ki, Paşinyan və komandası hələ də ABŞ-ın əlində alətə çevrilməkdədir. ABŞ-ın Cənubu Qafqazda, xusisilə də Ermənistanı öz təsir darəsinə salmaq istiqamətində fəallaşması müşahidə olunur, bu məqsədlə bölgədə Paşinyanın əli ilə yenidən gərginliyin yaranmasına rəvac verməkdədirlər.

Digər tərəfdən, rəsmi Moskvanın tələblərinə və 10 noyabr sazişi müddəalarından irəli gələn öhdəliklər, yaranmış siyasi reallıqlar diqtə edir ki, Paşinyana mövcud şəraiti qəbul etməsi və ona uyğun davranması hava-su kimi lazımdır.

Ona görə də Paşinyan ara-sıra sülh barədə bəyanatlar verməli olur. Bir sözlə, Paşinyan ABŞ və Rusiya arasında ikili oynamağa çalışır.

Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə edilməsi isə Rusiya üçün mühüm məsələdir.  Bu illər ərzində Ermənistanla Azərbaycan  arasında olan münaqişə Rusiyanın Cənubi  Qafqazda strateji planlarını həyata keçirməsinə mane olurdu. Həm də Azərbaycanın Avroasiya İqtisadi Birliyinə inteqrasiya etməsinə bilavasitə mane olurdu, bu baxımdan böyük sülhün Moskva şəhərində imzalanması, Azərbaycanın Avroasiya İqtisadi Birliyinə inteqrasiya etməsi üçün bölgədə sülhün olması vacib amillərdəndi. Bu məqsədlə Rusiya Ermənistanla-Azərbaycanla arasında böyük sülhün imzalanmasına vastəçilik missiyasını öz üzərinə götürdü, bununla da dünyaya bir mesaj  vermiş oldu ki, Cənubi Qafqaz Rusiyanın siyasi siferasına aiddir.

-Paşinyan hakimiyyətinə ABŞ və Qərb dövlətləri siyasi və maddi dəstək verməkdədir. Bu dəstəyin məqsədi nə ilə bağlıdır?

-Bəli, ABŞ Ermənistandan əl çəkmək istəmir, əldən buraxmır… ABŞ bu ölkəyə milyardlarla dollar maddi yardım edir, bunun əvəzində Ermənistan bölgədə Rusiyanın siyasi fəaliyyətini əngəllətmək tapşırığı alır. Ona görə də Rusiyanın sülhməramlılıq missiyasını gözdən salmaq üçün həm atəşkəsi pozur, həm də bununla ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən gündəmə gətirmək istəyir. Atəşkəsin pozulması və Minsk Qrupunun yenidən aktivləşməsi isə faktiki olaraq Rusiyanın siyasi nüfuzuna xələl gətirən faktdır. Bu da ABŞ-ın birbaşa maraqlarına cavab verir.

-Dediniz ki, Paşinyan atəşkəsin pozulmasını ABŞ-dan gələn təlimat əsasında edir, bu halda Rusiya niyə Qarabağda radikal addımlar atmır?

-Cənubi Qafqazda Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda siyasi maraqları var. Bu maraqları həyata keçirmək üçün Rusiya balanslaşdırma siyasəti həyata keçirməyə çalışır.  44 günlük müharibədə Rusiya tərəfsizlik nümayiş etdirdi və müharibənin sonu Azərbaycanın qələbəsi ilə nəticələndi. İndi Rusiya hadisələrdə balanslaşdırma siysətinə üstünlük verir. Və çalışır və həqiqətən də maraqlıdır ki, böyük sülh sazişi  Moskvada imzalansın. Rusiya bununla da ABŞ-a və Qərbə göstərmək istəyir ki, Cənubi Qafqazda söz sahibi Rusiyadır! Sülhməramlı qüvvələr o zaman radikal addımlar atacaq ki, Ermənistan ABŞ-ın diqtəsi ilə açıq formada davransın, sülh sazişindən imtina etsin.

Dinlədi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN