booked.netbooked.net booked.net  

   Prezidentin köməkçisi Hikmət Hacıyev: “Qarabağda  Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir”

10 Noyabr 2021-ci ildə imzalanmış üçtərəfli rəsmi bəyannamədən sonra sülhməramlı adı ilə Qarabağa daxil olmuş, daha doğrusu, fürsətdən istifagə edərək əraziyə soxulmuş rus qoşunları barədə vətəndaşlar arasında fikir birmənalı deyil. Əksinə, bəlkə də demək olar birmənalıdır. Yəni, rus qoşunlarının Azərbaycandan çıxıb getməsinin vacibliyi barədə xalqın fikiri yekdildir. Çünki Qarabağda  olduğu bu bir il ərzində imzalanmış sənədin maddələrinin heç birinə əməl etməyən sülhməramlılar yalnız ermənilərin müdafiəçisi rolunda çıxış ediblər. Yalnız rus sülhməramlıların sayəsində 44 günlük müharibədə tamam boşalmış Xankəndi yenidən ermənilərlə dolduruldu, erməni silahları yenidən Xankəndində peyda oldu. Halbuki, üçtərəfli rəsmi sənədin 4-cü bəndində qeyd edilirdi ki, sülhməramlılar erməni silahlarını tərksilah edərək, ərazidən çıxaracaqlar. Sülhməramlılar bu maddəyə indiyə qədər əməl etməyiblər. Nəticədə “arxalı köpək qurd basar” prinsipiylə ermənilər o qədər arxayınlaşib, qudurublar ki, artıq bizim mövqeyilərimizə atəş açırlar. Deməli, bu sülhməramlıların bölgədə heç bir əhəmiyyəti yoxdur və yalnız ermənilərin mövcudluğunu qorumaq üçündür.

Elə buna görə də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-nin suallarına cavab verərkən sülhməramlı mövzusundan bəhs edərkən deyib: “Qarabağda  Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir”.

 Bu, o deməkdir ki, sülhməramlılar arxayn olmasınlar ki, onlar hələ 5 il də Azərbaycanda qalacaqlar. Əlbəttə, nəinki Azərbaycan xalqı, eyni zamanda Azərbaycan dövlətinin rəsmiləri Rusiya sülhməramlılarının erməniləri tam müdafiə etməsini 5 il də gözləmək niyyətində deyil. Rusiya BMT-dən sülhməramlı kimi mandat almayıb. Elə isə, Qarabağda Rusiya sülhməramlıları hansı status daşıyırlar? Onların yeganə statusu Xankəndində ermənilərin sayını çoxaltmaq və erməni terrorçularını hər cür silah-sursatla  təmin etməkdir. Bu isə, təbii ki, Azərbaycan tərəfini qane edə bilməz, ona görə də prezidentin köməkçisi hörmətli H. Hacıyev tam haqlı olaraq bildirir ki, “müəyyən müzakirələr hələ davam edir”.

İnanırıq ki, bu müzakirələrin sonunda Rusiya sülhməramlıları çıxdıqları yerə qayıdacaqlar və erməni terrorçularının tör-töküntüləri ilə özümüz nəinki  bir günə, həttə bir neçə saata bacararıq. Xankəndinə əmin-amanlığı, sülhü yalnız Azərbaycan əsgəri gətirə bilər.

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN