booked.netbooked.net booked.net  

Bəhs edəcəyəmiz insanın şairliklə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, 90 yaşı var və hələ də siyasətdən-zaddan danışır.

Qorbaçovu deyirəm. Qorbaçov adı gələndə Bakıda törədilən 20 Yanvar  qırğını yada düşür. Təbii ki, mənfi planda. SSRİ-nin ilk və son prezidenti, 1990-cı yanvarın 20-də baş vermiş Bakı qırğınının müəllifi Mixail Qorbaçov.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında göstərilir ki, “İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun”.

 “Təzadlar” da Jasminin imzası ilə Qorbaçov haqqında maraqlı yazı getmişdi. Jasmin yazırdı ki, SSRİ-nin sonuncu baş katibi, həm də sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçov Rusiya və ABŞ-ı nüvə silahlarını azaltmağa çağırıb.

O, Rusiya mətbuatına verdiyi müsahibəsində bildirb ki, əvvəlcə  Rusiya və ABŞ nüvə silahlarının azaldılması barədə razılığa gəlməli, sonra bu tip başlıqları olan ölkələri də danışıqlara cəlb etməlidir. O, vurğulayıb ki, bu, nüvə silahının tamamilə ləğv edilməsinin əsas şərtidir.

Qorbaçovun sözlərinə görə, yalnız sabitlik kifayət etmir, nüvə silahlarının daha aşağı səviyyəsi ilə bağlı razılığa gəlmək lazımdır: “Son məqsəd nüvə silahının tamamilə aradan qaldırılmasıdır, çünki nüvə müharibəsi qəbuledilməzdir”. 

İndi bu “Yenidənqurma”, “Aşkarlıq” avantürasını ortaya atmış, dünya düzənini yerlə-yeksan etmiş, o yekəliyində SSRİ dövlətini dağıtmış insanın 90 yaşında hansısa məsləhət verməsi ikrah hissi doğurur. Türklər demişkən, sən ötəki dünyandan danış,qavat! Orda özünə babat bir yer bron elə. Sən neynirsən nüvə silahı belə gəldi, dünya nə cür inkişaf etməlidi. Dünya öz axarı ilə inkişaf edirdi. Kim qarışdırdı bu dünyanı?  Minlərlə,on minlərlə insanlar tələf oldu, sən isə buna görə Nobel mükafatı aldın. İndi köməkçisinin evində yaşayan, demək olar ki, hərəkətsiz olan Qorbaçovdan qızı və nəvələri də imtina ediblər. Qorbaçovun qızı və nəvələri Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Onun özü isə harasa gedəcək halda deyil.O, kreslodan çətinliklə, başqalarının köməyi ilə qalxır və xüsusi qurğunun köməyi ilə hərəkət edir. .

 O, yaxın vaxtlara qədər işləyə, dünyanın müxtəlif yerlərində mühazirə deyə bilirdi. Bunun hesabına dolanırdı. Bu mühazirələrin birinə görə ona 400 min dollar ödənilirdi.

Sağlamlığı imkan verəndə  arabir Novodeviçye qəbiristanlığına gedir və orada sevimli Raisasının yanında dəfn ediləcəyi qəbir yerinə baş çəkirdi.

 Amma, Tanrı onu “Ölməz Kaşşey” kimi yaradıb. Bir ildə 5-6 dəfə xəbər verilir ki, Qorbaçov vəfat edib, amma sonra hamısı yalan çıxır. Mən demirəm ki, o niyə ölmür? Onu Allah bilər. Sadəcə olaraq, halvası çalınmış bir adamın indi siyasi şeylərdən danışması, ona buna ağıl verməsi, 90-cı illərdə törətdiyi hoqqalardan güya peşman olması heç Allahın özünə də xoş getməz.

 SSRİ-nin son prezidenti erməni separatizminə dəstək vermək, Bakıya qoşun yeridilməsi kimi qərarların müəllifi kimi hər zaman mənfi planda xatırlanır. Yəqin ki, bu ləkə onun üzərində əbədilik qalacaq.

 Özünün yazdığı  “Həyat və islahatlar” kitabında 20 Yanvar hadisələrinə toxunan Qorbaçov Bakıda baş verən hadisələrə bəraət qazandıraraq hadisələrin bu şəkildə baş verməsinin əsas günahının Dağlıq Qarabağ ətrafında kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olduğunu qeyd edib.

SSRİ-nin son prezidenti yazır ki, Bakıda baş verənlər “çox qan axıdılmasının qarşısını almaq üçün” olub. Eyni zamanda, etiraf edib ki, 20 Yanvar hadisələrindən dərs götürüb.

 Ancaq indi artıq çox gecdir. Həlak olan o insanları geri qaytarmaq, həyatı korlanmış insanların taleyini bərpa etmək mümkün deyil.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN