“Ermənistan keçmiş müharibədə qalib gələ bilərdi”. Bu sayıqlamanı Ermənistanın keçmiş prezidenti Sarqsayan edib. Həmişəki kimi öz şakərindən qalmayan Sarqsyanın,türklər demiş, kafasında onun hakimiyyəti dövründə güya güclü ordusu olduğu illüziyası qalıb. Amma o gözünün içinə qədər, həyasızcasına yalan danışır. 44 günlük müharibədə məhz Koçaryan və Sarqsyan hakimiyyəti dövründə yaradılan erməni ordusu darmadağın edildi.

Ermənistanda hec cür başa düşə bilmirlər və çox güman ki, heç vaxt da başa düşə bilməyəcəklər ki, necə oldu ki, 30 il erməni cəmiyyətinə “məğlubedilməz”, “cəsur” ordu kimi tanıtdırdıqları ordunu Azərbaycan ordusu 44 gün ərzində darmadağın etdi? Ona görə də, zaman-zaman bu ölkənin müxtəlif siyasətçiləri və ictimai xadimləri müxtəlif bəyanatlar verir və bu bəyanatlar gülüş obyektinə çevirilir. Siyasətçidən çox stendap-məzhəkəsinə bənzəyənlərdən biri də Ermənistanın sabiq prezidenti Serj Sarqsyandır.

Sarqsyan bu dəfə "Ermənistanın hazırkı hakimiyyətinin bacarıqsız siyasəti olmasaydı, Ermənistan son müharibədə  qalib gələ bilərdi". Hərbi cinayətkar  Azərbaycan ərazisində “dqr”  yaradllmasının 30 illiyi münasibətilə göndərdiyi cinayət tərkibli təbrikində belə demişdi.  

Yeri gəlmişkən, keçmişdə ölkəmizin Qarabağ bölgəsində Azərbaycan xalqının soyqırımında şəxsən iştirak etmiş cinayətkar Serj Sarqsyanın sayıqlayır ki, ”müharibədə "ordunu” nüfuzdan salmasaydılar, kadrları, təcrübəli komandirləri səriştəsiz adamlarla  əvəz etməsəydilər, müharibədə qalib gələ bilərdik”.

Xatırladaq ki, məhz Serj Sarqsyan dövründə erməni əsgərləri arasında qeyri-nizami münasibətlər, əsgərlərin bir-birini öldürməsi və özlərinə qəsd etmə halları daha geniş vüsət almışdı.”Məğlubedilməz” orduda korrupsiya baş alıb gedirdi.

 Hakimiyyətə gələn Paşinyan da  Koçaryan və Sarqsyan dövründən qalmış “məğlubedilməz” ordunu gücləndirə bilmədi  və gücləndirə də bilməzdi. Əvvəla, keçən əsrin 60-70-ci illərindən qalmış, həm fiziki, həm mənəvi cəhətdən köhnəlmiş silahlarla təchiz olunmuş erməni ordusu və üstəlik, ordudakı hərc-mərcliklə yüksək döyüşə malik olmaq qeyri-mümkündür.

Müharibə səhnəsində məhz bu iki cinayətkarın dövründən qalan ordu darmadağın edildi. İndi Sarqsyan dəridən-qabıqdan çıxır və özünə bəraət qazanmaq istəyir. Bu sayıqlamaların arxasında iki məqsəd gizlənir: 1. O göstərmək istəyir ki, əgər 2018-ci ildə onu devirməsəydilər, müharibə olmaya da bilərdi, olsaydı, Ermənistan qalib gələrdi.  2. Paşinyan xaindir və istefaya getməlidir.

Lakin hakimiyyətə qayıtmaq ümidinə qapanmaqda davam edən eks-prezidentin bütün cəhdləri heç bir əhəmiyyət daşımır. Çünki Ermənistan əhalisinin əksəriyyəti məhz Nikol Paşinyana səs verəndə, Sarqsyanın Paşinyan satqın adlandırması  şəxsi hesabı çürütmək  cəhdindən başqa bir şey deyil. Biz bununla Paşinyanı müdafiə etmirik. Onların hamısı bir bezin qırağıdır, işğalçı,terrorçu, qısası,ermənidirlər.

44 günlük müharibədə erməni işğalçılarının başını əzən nə mifik xəyanət, nə satqınlıq  oldu. Onların başını başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan əsgəri,zabiti,xalqın,dövlətin və ordunun birliyi əzdi.

Sarqsyanın sayıqlamalarına gəldikdə, nə qədər ki, azaddır ( Onun bir cani kimi həbs edilməsi də uzaqda deyil), getsin evində sakitcə oturub memuarlarını yazsın...

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında hazırlanmışdır. mİstiqamət: 6.3.5)