Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmış İsveç mühəndis-kimyaçısı Nobel Alfred Bernxard 1833-cü ilin 21 oktyabrında Stokholmda doğulmuşdur.

Alfred Nobel İmmanuel Nobelin 3-cu oğlu olmuşdur. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmişdir. O, professor N.N.Zinindən kimyanı oyrənməyə başlamışdır. Alfred Bernard Nobel London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olmuşdur. O, kommersiya fəaliyyəti ilə də məşğul olmuş, dinamit istehsal edən iki iri trest: "Latın" və "Anqlsaks" trestlərini təşkil etmişdir.

1843-cü ildə ata Emanuel Nobel oğulları Alfred, Lüdviq və Robertlə Krım müharibəsində çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Bu məqsədlə Robert Azərbaycana gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırir. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər.

Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılirdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur." Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

Alfred Nobel ölüm ayağında ""Nemezida" adlı yeganə faciə pyesi də yazmışdır.

0, 10 dekabr 1896-cı ildə 63 yaşında İtaliyada vəfat etmişdir.

Sitatlar, fikirlər

  • İstənilən demokratiya əclafların diktaturasına gətirib çıxarır.
  • Deputatların əsas məşğuliyyətləri sonsuz boşboğazlıq və rüşvət tələb etməkdir.
  • Xalqlar demək olar ki, tam, hökumətlər isə yarım ağılsızdırlar.
  • Pul və plan kimi iki şeyi heç vaxt almayın.
  • Təəssüf ki, polis üçün maksimal qiyməti ödəməyə hazır olsan da, taleyini sığorta şirkətinə çevirə bilməzsən.
  • Dostları yalnız öz qarınlarının hayında olan itlərin və qəbir qurdlarının arasında tapa bilərsiniz.
  • Həyat sona çatdıqda və qəbirdən bizi yalnız bir neçə addım ayırdıqda, biz nadir hallarda yeni dostlar axtarırır, daha çox köhnə dostlara güvənirik.
  • Hərbi sənayenin mövcudluğuna yeganə bəraət xalqın təhlükəsizliyidir.
  • İki ordunun bir-birini bir saniyədə məhv edə biləcəyi gün bütün sivil millətlər müharibədən əl çəkib, ordularını tərxis edəcəklər.
  • Müharibə dəhşətdir, qorxunc bir cinayətdir. Mən elə bir dağıdıcı gücə malik maddə və ya maşın icad etmək istərdim ki, onların köməyi ilə istənilən müharibə qeyri-mümkün olsun.
  • Yalnız maksimum fayda əldə etmək üçün qayğı göstərən insanlar çətin ki, hörmətə layiq olsunlar. Onların fəaliyyətinin əsl motivasiyası insan ünsiyyətinin sevincinə kölgə salmağa qadirdir.
  • Mənim minə qədər ideyalarım var, amma onlardan yalnız biri bəhrəlidir.
  • Həyatımız ana təbiətin bizə bəxş etdiyi, parıltısı əməyimizi mükafatlandırana qədər cilaladığımız və parıldatdığımız qiymətli daşdan ibarət bir hədiyyədir.
  • İstənilən ixtira və kəşf insanların şüurunda silinməz iz qoyur. Bu ümid etməyə imkan verir ki, gələcək nəsillərdə mədəniyyəti dəyişdirə bilən, onu daha yaxşı edən və mükəmmələşdirən insanlar daha çox olacaq.
  • Yaxşı nüfuz təmiz köynəkdən daha vacibdir. Köynək yuyula bilər, nüfuz isə heç vaxt.
  • Əfəndim, məni incitməyin. Bu, məşhur qatillərin və aktyorların qismətidir. Mənim isə işləməyə vaxtım yoxdur. Amma yenə də dərc edə bilərsiniz. Budur mənim tərcümeyi-halım: "Nobel - yoxsul və yarımcan bir varlıq. Üstünlüyü: dırnaqlarını təmiz saxlayır və heç kimə yük olmur. Çatışmamazlıqları: ailəsiz, böyük səbrin yiyəsi, sağlamlığı zəif, amma iştahası yaxşı. Yeganə arzusu: diri-diri basdırılmamaq. Ən böyük günahı: var-dövlətə həris olmaması. Məgər, bu bir insan üçün bəs eləməz?
  • Mən məmnuniyyətlə bütün bu topları, onlarla bağlı hər şeyi cəhənnəmə göndərərdim. Cəhənnəm, onların saxlanması və sınaqdan keçirilməsi üçün ən yaxşı yerdir.
  • Amerika mənlik deyil. Hər şeydən gəlir götürmək cəhdi pedantizmdir və bu, insanlarla ünsiyyətin sevincinə kölgə salır, onlara hörmət hissini pozur.
  • Bütün fransızlar əmindirlər ki, zehi qabiliyyətlər müstəsna olaraq onların sərvətidir.
  • Yüksək mənəvi keyfiyyətləri olan işçi qüvvəsi, istismar edilən kütlədən daha məhsuldardır.
  • Sənə təsəlli verən, öləndə gözlərini bağlaya biləcək dostunun olmaması necə də kədərlidir.
  • İnsanlar özlərinə sekundant seçdikləri kimi, dövlətlər də arbitraj məhkəməsi yaratmalıdırlar.
  • Mən saysız-hesabsız sərvət qazandım. Onu insanlara, nəsillərə vermək vaxtıdır.
  • Mənim vətənim hərəkət etdiyim yerdir. Mən isə hər yerdə hərəkət edirəm.
  • Ümid, həqiqətin çılpaqlığını gizlətmək üçün təbiətin bir pərdəsidir.
  • Yaxşı arzular öz-özlüyündə sülhü təmin etməyəcək.
  • Hüquqşünaslar pul qazanmalıdırlar. Bunu yalnız düz xəttin əyri olmasını insanlara inandırmaqla etmək olar.
  • Məmnunluq yeganə real sərvətdir.
  • Cəfəngiyyat dövrümüzün ən böyük sənayesidir.
  • Taleyi yalnız xəyalda tapmaq olar.
  • Yalan bütün günahların ən böyüyüdür.
  • Düzgün insan adətən yalançı olur.
  • Kitabsız və mürəkkəbsiz tərki-dünya ölü kimidir.
  • Miras qalmış sərvət, darıxdırıcı insan qabiliyyətlərinə xidmət edən bir fəlakətdir.
  • Təbiət bir müəllimdir. O, gözləri açır, zehni işıqlandırır və ürəyi təmizləyir.
  • Oxşarlıqların və fərqlərin axtarışı və müşahidəsi bütün insan biliyinin əsasıdır.
  • Kantın stili o qədər ağırdır ki, oxucu əsassızlığa can atır.
  • Mən ölümümdən sonra sülh ideyasının yayılması üçün böyük bir fond qoyub getmək istəyirəm, amma onun nəticələrinə şübhə edirəm.
  • Mən adamsevməzəm, amma tamamilə xeyirxah bir adamsevməz.

Tərcümə etdi: Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA