Nizami Süleymanoğlu

“Nəzər, bəd dua, ahın proyeksiyaları, paranormal hadisələr, parapisoxoloji haqqında az nüsxə ilə çap etdiyim kitabçamda bəhs etmişəm”

...İnsan qorxanda ruhun gözü korlaşır, görmür. Qorxan insanın ağlı da qorxur. Qorxu atom bombasından da güclü silahdır. Dünya totalitarstanlıqlarında qorxu hakimdir. Travmatik qorxu yaradan təsir vasitələri ilə qorxu xatirələri əmələ gəlib. Son bir il yarımlıq dünya prosesi qorxu xatirələri ilə qlobal panoqrama, fon yaradıb.

...Uşaqlıqdan özümü tay-tuşların, insanların yerinə qoyub ağıllarından keçəni oxumaq, bilmək istəyinə meyilli idim. Dediklərini hiss etdiklərimlə müqayisədə üzləşdirirdim. Beynim buna vərdiş etdiyindən çox danışmazdım. Onlar susqunluğumdan valideynlərimə haqqımda adamayovuşmaz uşaq deyə şikayət edirdi. Bilirdim ki, sual verən qarşıdakının zehnini cavaba yönəldib, vaxt qazanır və sözlər heç də həmişə gerçəyi anlatmır. Yeri gələndə suallar verirdim. Gözlərinə diqqət edib onların daxili aləmini ələk-vələk edirdim. Duyğularımı, hisslərimi fərqli sınaqlardan keçirib itiləyər, kəskinləşdirərdim. Birinci sinfə getməzdən öncə elə zənn edirdim ki, orta məktəb fənn bilikləri, ali təhsil isə baxışla fikir ötürmə, fikir oxuma, danışıqsız danışma, ünsiyyət, məsafədən təsir göstərmək və sairə üçündür. Bunun yanlış olduğunu anlayana qədər məsafədən təsir göstərməyə və digər hallara inanaraq, inandıqlarımı alt şüuruma uşaqlığın erkən çağlarından həkk etmişəmmiş... Baxmayaraq ki, alt şüur fenomenindən tam xəbərsiz idim. Yalanları üzə çıxardığıma, xeyir-şad xəbərlərlə birgə ölüm-itim hadisələrini öncədən dediyimə görə qınanır, hətta bəzən özümdən bir neçə yaş böyüklər tərəfindən döyülürdüm. O qədər döyülürdüm ki, atam sərt tərzdə demişdi: “döyülsən, bir də evə gəlmə!” Odur ki, 3 yaş məndən böyük olan iki nəfərin məni qəddarcasına döyməsindən sonra evə deyil, Ağdama qohumlarımgilə getdim. İki gün sonra gəlib məni Füzuliyə apardılar. Valideynlərim yolda dedi ki, bax, nəzarətsiz iki nəfərin biri Köndələn gölündə boğulub, dostunu isə maşın vurub, şikəst oldu. Heyrət etdim ki, onlar məni döyənlər idi. Oxşar hadisələrdən məndə hansısa təsirin varlığına inandım.

Bir dəfə ölüm xəbərinin gerçəkləşməsində, qonşumuzun şikayətilə atam məni soyundurub nar çubuğunun altına saldı. Hər yerim zoğ-zoğ qançır oldu. Ağladım. Qohumlar bu zaman qonaq gəlmişdi. Atamı qınayıb, mənə dedilər: “Ağlama, atanın övladını döyməsi torpağa verilən  gübrə kimidir”. Dedim: “Döyülməyə görə ağlamıram, sabah evimiz yanacaq. Allaha yalvarıram ki, atam yanğında ölməsin”. Səhəri tezdən nənəmgilə getdim. Atam isə hər ehtimala qarşı işə getəmədi. Günorta yanğınsöndürən maşının səsinə evə qaçdım. İki mərtəbəli evimiz yanırdı. Məni görücüyə apardılar. Dedi: “Bu uşağın qəlbi göylərə bağlıdır. Onu vurmaq olmaz”.

Maraqlıdır, birinci cümlə yuxuda olduğu kimi anama da deyilmişdi. Təfərrüata varmıram. Valideynlərim anlamırdı ki, beyin görünltüləri dilimə iradəm xaricində gəlirdi. Atam bunu fərqlilik, anam isə dəlilik kimi yozurdu. Yüzlərlə qeyri-adi hadisələr, yaşantılar oldu. Xronoloji sıralasam, kitab alınacaq. Həm də parapsixolojiyə töhfə kimi...

Müharibə olacağını 1981-ci ildə ictimaiyyətə elə ictimai yerdə demişdim. İnanmadılar, əksinə, başım çox ağrıdı... Amma heç vaxt fərqli hadisələr haqqında açıqlama vermədim. Yanlış anlaşılmaq istəmədim.

Martuni (Xocavənd) Şərab zavodunun Arso adlı direktoru 4-cü sinifdə kirvəm olub. Bir gün bizə bazar “kloku” dolusu pul gətirib, bu uşağı mənə verin dedi. Anam onu qovdu. Amma Arso sonralar da atamla, mənimlə münasibəti pozmadı. Bizi Dağlıq Qarabağın meşəbəyiləri ilə tanış edib, bütün meşələrin yolunu üzümüzə açdı. Bu böyük pul idi. Biz ilk adam idik bu sahədə. O zaman qaz olmayan Qarabağda... Odun doğrayan motorlu mişarı ilə sürücü atam “Drujba” ləqəbi aldı. Meşədə maşınımızı yükləyəndən sonra 2 saat azad idim. Dərinliyə getməmək şərtilə meşədən fərqli meyvələr yığırdım kisələrə. Bir gün dərinliyə getdim və... Hind çətənəsi plantasiyasının üstünə çıxdım. Maraqlı təfəərrüatlar oldu... O zaman 8-ci sinifdə oxuyurdum. Anladım, bildim, gördüm ki, Dağlıq Qarabağın bütün meşələrində narkotik planıtasiyaları var. Amma heç vaxt bu yazıya qədər dilimə gətirmədim. Sirrə sadiqəm, sirr özü-öz sadiqliyini pozana qədər.

...90 yaşlı qoca dünyasını dəyişəndə beyin hüceyrələrinin dörddə birindən istifadə etmiş olur. Yəni dörddə üçünü istifadə etmədən torpağın altına aparır. Təbliğ kimi çıxmasın. Hind çətənəsi beyni fərqli şüur hallarına salır, yatmış hüceyrələri oyadır. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) o v axtkı rəhbəri Gevorkov deyirdi ki, azərbaycanlılar pambıq əksin, ermənilər isə marixuana. Erməni gəncləri çəkib, yeyib beyinlərini işlətsin, yolumuz uzundur...

Nə deyim, fakt ortadadır. Pambıq da bir pambıq ola. Adı ağ qızıl, kiloqramı 10 qəpik... Marks demişkən: “kölə bitkisi”. Nə isə...

Kainat sistemli düzəndir. Allah öz mülkünü insanların, heyvanların, bütün canlıların istifadəsinə verib. İndiki prosesdə müşahidə olunur ki, Allahın özəlləşdirmədiyi dünyanı Kürəsəl Güc deyilən dünya elitləri özəlləşdirmək niyyətini sərgiləyir. Bəşəriyyət dünya naminə mübarizədə Allahın yanında olduğunu sübut etməyə sərt şərtlər altında təhrik edilirmi? Düşündürücüdür... Sual doğur: Bəşəriyyət Allahın yanında olduğunu mübarizəsi ilə sübut edərsə, Allah bəşəriyyətin yanında olduğunu göstərməzmi, göstərməyibmi? Kürəsəl Güc bunu bilməyəcək durumdadırmı? Xeyr. Belə olsaydı o Kürəsəl Güc olmazdı. Deməli, prosesin alt qatında “Təzadlar”ın ötən sayında yazdığımız kimi. “B” variantı və ya daha dərin mətləblər gizli ola bilər. 

Elə dəhşətli ağrı olmalıdır ki, insanların Ali İdarəetməni hiss edib, məsuliyyəti öz üzərinə götürməyi dərk etməkdən başqa yolu qalmasın. İnsan zehni başın içində Ali İdarəetmə ilə əlaqə üçün yaradılıb axı. Bilməkdə maraqlı olub anlayanlara bilmədikləri də tədricən bildirilər. Yetər ki, maraq, şübhə olsun ki, şübhələrə yer qalmasın. Düşüncə insanın həyatda olduğu müddətdə əlində olduğu misilsiz nemətdir ki, fikirlərdə əks olunur.

BƏŞƏR GEDƏCƏKDİR BUYRULAN YERƏ,

GÖRMƏZLİKDƏN GƏLİR HEY GÖRƏ-GÖRƏ.

Yerin cazibə qüvvəsi olan kimi ruhun da cazibə, təsir qüvvəsi olur. Millət və insan təbiilik mənasında olduğu kimi olmayanda ruh da mənfi mənada dəyişir, olduğu kimi olmur. Dəyişən ruh xarakteri də dəyişir. Xarakter dəyişəndə millət də, insan da dəyişən xarakterə uyğun xəstəliyə tutulur.

İnancı, psixi enerjisi, ruhi özəllikləri güclü olanlar təsirlərini ixtiyari, qeyri ixtiyari olaraq başqalarının ruhi kimliyinə keçirə, ötürə bilir. İnsanlar insanlara, millətlər millətlərə... Dünya proseslərinə nəzər edin... Dünya İdarəetməsi bəşəriyyətin ruhuna qorxu hopdurub. Nə isə...

Mənə gələndə nəticələri öz təzahürlərinə buraxıram. Bu nə deməkdir? Nəticəni özünu gerçəkləşdirməyə, öz adından öz sözünü deməyə buraxmaqdır. Nəticə özü səbəbləri toplayır, mənfi-müsbətləri çeşidləyir və qərarını verir. Mən sadəcə hiss edərək, sezərək... səbrlə gözləyirəm. Uşaqlıqdan həmişə davadan qaçmağa çalışmışam. Baxmayaraq ki, sonralar usta güləşçi idim, əlbəyaxa döyüşü mənimsəmişdim. Nə Azərbaycanda, nə də Rusiyada kiməsə güləş yarışında uduzmadım. Vadar olmayınca heç özümü müdafiə etmək məqsədilə kimisə vurmadım. Niyə? İlahi müdaxiləyə girmənin Allahın işinə müdaxilə olduğuna əminliyimdən... Hər şeyi Allahın idarəetməsinə dərketmə ilə həvalə edənlərdən oldum. Belə də qalmışam.  

Həyatım boyu münasibətlərdə elə durumlar yaranıb ki, qarşı tərəf nəinki məni anlamayıb, anlamaq istəməyib. Hətta ortaya sayğısızlıqla başlayan kobudluqdan tutmuş, düşmənçilik də daxil fərqli hallar qoyub. Yüzlərlə təcrübələr yaşadım. Ölüm-itim, qəza, məhrumiyyətlər və cəzalandırmaların şahidi oldum. Üzərimə yönələn neqativ yönləndirmələr məndən asılı olmayaraq bunu edənlərin üzərinə qayıdır. Təcrübələrə əsasən analiz etdim ki, bu hal mənə haqsız basqıların və təzyiqlərin, amansızlıqların qarşısında evimizin 100 metrliyində Füzuli şəhər məscidində uşaqlıqdan ağlayaraq Allaha yalvarışlarla alt şüurumda həkk edilən RUHİ ƏMİNLİK qəlibidir.

Nəzər, bəddua, ahın proyeksiyaları, paranormal hadisələr, parapisoxoloji haqqında az nüsxə ilə çap etdiyim kitabçamda bəhs etmişəm, izahlar vermişəm. Amma fərqli sui-istifadədə kimlərəsə silah verməmək üçün tətbiq etmək üsullarını açıqlamamışam. Yaymağa izn yoxdur bəzi təcrübələri. İnsanlar fəlakətin, bəlaların geofiziki, kimyəvi və sair tərəflərini səbəbləri ilə deyir. Amma metafizik (zaman və məkanüstü) səbəbləri görməzlikdən, heçə saymazlıqdan gələrək yanlış mövqe tutur. Bu əsl gerçəyə inkarçı baxışdır. Mən nəsiblənməyi ismətdən üstün tutanlardanam. Ötən qış pandemiyanın “evdəqal” dövründə gecə saat 12-də yaşadığım ərazinin yaxınlığındakı zibilxanaya zibil atarkən, velosiped qutularında 3 velosiped görüb götürdüm. Hər birinin dəyəri 1200 manatdan cəmi 3600 manat edirdi. Mətləbi öyrənib onları mağazaya qaytardım. Niyə ora atılmışdı bu mağazanın daxili məsələsidir. Qarışmadım, soruşmadım, sadəcə üzərimə düşəni elədim. Mağaza müdiri indiki zamanda velosipedləri məmimsəməyib, qaytardığıma görə, əməlli-başlı təəccübləndi və birini mənə hədiyyə etdi. “Təzadlar”da “Zibilxanada ətir saçan 3 qızılgül kolunun dibçəyi” mövzusunda kiçik yazıda müdirə təşəkkür etdim. Belə hadisələrə oxşarları çox yaşamışam. İki say öncə “Təzadlar”da zəhərlənmə mövzusunda kiçik “xəbərdarlıq” məlumatı vermişdim. Hədəf göstərmədən. Xəbərdarlıq ikibaşlı idi. Birinci, zəhərlənmə ehtimalına, ikincisi, mənə qarşı fəqli ziyana görə... Hələlik sayğısızlıqdır demək istəmirəm.

Söz zamandır, nəticə Allaha həvalə...

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA