“Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: alim və gənc tədqiqatçılara dəstək” mövzusunda növbəti tədbir keçirilib

2021-ci il iyunun 10-11 tarixlərində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Lütfizadə Texnologiya Mərkəzində “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: alim və gənc tədqiqatçılara dəstək” mövzusunda növbəti tədbir təşkil edilib.

Tədbirə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında, elmi mərkəzlərində çalışan və təhsil alan elmi tədqiqatçılar qatılıblar. Bu sahədə 15 ilə yaxındır ki, həm nəzəri, həm də praktiki təcrübəyə sahib olan təlimçi və ekspert, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi» İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova bir neçə beynəlxalq elmi jurnalın redaktoru və redaktor müavini kimi elmi jurnalların idarə edilməsi prinsipləri, beynəlxalq elmi bazaların platformasına daxil olmaq üçün jurnallar, orada çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı təlim iştirakçılarını məlumatlandırıb. Xəyalə Məmmədova tədbirin sonunda iştirakçıların suallarını cavablandırıb.

Təşkil edilən təlim silsilə tədbirlər şəklində bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan elmin inkişafını dünya səviyyəsində aparmaq, beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirərək, azərbaycanlı alim və elmi tədqiqatçıların elmi əsərlərinin istinad indeksli jurnallarda nəşrlərinin sayını artırmasına töhfə verməkdir.

Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təmin ediliblər.

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA