booked.netbooked.net booked.net  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (JA Azərbaycan) və "Azercell Telekom" MMC-nin tərəfdaşlığı ilə "Peşəkar İnkişaf və Karyera Hazırlığı" adlı yeni layihəyə start verilib.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatası məlumat verib. Məlumatda bildirilib ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsi qazilərinin, şəhid və qazi övladlarının şəxsi bacarıqlarının inkişaf etdirilməsi, onların iş dünyası ilə yaxından tanışlığı və maraqlarının müəyyən edilərək uyğun karyera seçimində onlara bələdçilik göstərilməsidir.

Bu istiqamətdə ilkin olaraq layihə iştirakçıları ingilis dili və kompüter kurslarına cəlb olunacaq. Bu mərhələdə Celt Colleges tədris mərkəzi ilə yaxından əməkdaşlıq ediləcəkdir. Bununla yanaşı layihə çərçivəsində gənclərə JA Azərbaycan tərəfindən peşəkar inkişaf üzrə karyera təlimləri təşkil ediləcək.

Təlimlər Celt Colleges və JA Azərbaycanın peşəkarları tərəfindən ZOOM platforması üzərindən online şəkildə həyata keçiriləcək. Təlimlərin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter ayrılıb. Həmçinin sosial təşəbbüsün rəqəmsal tərəfdaşı olan Azercell layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə təmin edəcək. Belə ki, lider mobil operator tərəfindən iştirakçılara datakart paylanılıb və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək.

Ümumilikdə, layihəyə ilkin mərhələdə Bakı, Sumqayıt şəhərlərindən və Goranboy regionundan 16 yaşdan yuxarı 25 gənc dəvət edilmişdir. Layihə 6 ay müddətində icra olunacaq.

Qeyd edək ki, layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmChama üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN