booked.netbooked.net booked.net  

...Dünəndən məlumat yayılır ki, Azərbaycanda internet tarifləri aşağı salınıb... Amma adət etmişik ki, qiymətlərin aşağı salınması -reklam xatirinədir... Çünki keyfiyyət nəinki yaxşılaşır, əksinə, lap aşağı düşür.  Multi Media Mərkəzinin rəhbəri, tanınmış ekspert Osman Gündüz bu barədə maraqlı açıqlama ilə çıxış edib:
- İnternet qiymətləri endirilib, amma əlçatanlığı yoxdur. ASAN.net xidməti yenidən aktuallaşıb... Bir neçə gün öncə dövlət provayderləri Aztelekom və Baktelekom internet tariflərini endiriblər, amma endirilmiş xidməti almaq üçün mütləq Provayderin ofisinə getmək tələb olunur. Olduqca xoşagəlməz bir haldır. Pərakəndə internet bazarında dövlətin xüsusi çəkisinin yüksək olduğu bir zamanda internet qiymətlərin endirilməsi şübhəsiz ki, internetin keyfiyyətinə və əlaçatnlığına xeyli müsbət təsir göstərəcək.
Adı çəkilən provayderlər böyük əksəriyyət müştəriləri ilə olduqca aşağı sürətlər üzrə müqavilələr imzalamışdılar. Hazırda bu istifadəçilərin əvvəllər ödədiyi məbləğə daha yüksək sürət əldə etmək imkanı yaranıb. Amma istifadəçilər problemlə üzləşiblər. Endirimdən istifadə etmək istəyənlər müqaviləsinin dəyişilməsi üçün rabitə qovşaqlarına dəvət olunur.
Düşünürəm ki, indiki zamanda, rəqəmsal bir xidməti əldə etmək, daha doğrusu, bu xudmətdə hansısa dəyişiklik üçün istifadəçini oflayn olaraq rabitə qovşaqlarına dəvət etmək yolverilməzdir. Zənnimcə, NRYTN tez bir zamanda ADSL xidmətlərin göstərilməsində dəyişikliklə bağlı elektron xidməti aktivləşdirməlidir. e-Gov Portalından görsənir ki, Nazirliyin ADSL-ə qoşulma ilə bağlı xidməti var. Xidmətin reqlamentinə diqqət çəkəndə görmək olar ki əslində vətəndaşın istədiyi sürəti seçmək imkanı da var.
Hazırda rabitə qovşaqları vətəndaşları müqaviləni dəyişmək üçün quruma dəvət etmələrindən belə güman etmək olar ki realda bu elektron xidmət aktiv deyil və işləmir.
Ümid edirəm NRYTN tez bir zamanda bu xidməti aktiv edə biləcək. Ümumiyyətlə isə, xatırlayıram ki, biz AİF olaraq bir neçə il öncə NRYTN və ASAN Xidmətə ASAN.Net xidmətinin yaradılması ilə bağlı müraciət etmişdik.
Bu təklifin mahiyyəti ondan ibarət idi ki , qurulacaq bir informasiya sistemi vasitəsilə vətəndaşlar istədiyi provayderi seçə bilsin, aldığı rəqəmsal xidmətlərdə də (İnternet, İPTV , telefon və s) onlayn mühitdə dəyişiklik edə bilsin.
Yəni biz internet xidmətlərini əldə etmək üçün mərkəzləşdirilmiş bir ASAN.Net portalının hazırlanmasını təklif etmişdik.
Xatırlayıram ki, NRYTN MHM o zaman bununla bağlı “İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydası”nı da hazırlamışdı və Qaydaların layihəsini bizə də göndərmişdilər .
Amma sonradan bu işlər unuduldu.
Fikrimcə, indi də gec deyil, NRYTN və ASAN tez bir zamanda belə bir sistemin hazırlanmasını gerçəkləşdirə bilərlər.
Bildiyim qədər mövcud Telekommunikasiya haqqında qanuna edilən dəyişikliklə bağlı NRYTN-da bütün provayderlərlə bağlı, infrastrukturla bağlı yetərincə informasiya var. Yəni, mövcud data əsasında, provayderi və rəqəmsal xidmətləri seçməyə və dəyişməyə imkan verən ASAN.NET xidmətini tez bir zamanda aktiv etmək olardı...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN