booked.netbooked.net booked.net  

..."Bayraqdar" Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında artıq öz sözünü deməyə başlayıb.

Ukrayna KİV-lərinin yazdığına görə, dünən Donbass separatçılarının artilleriya mövqeyinə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən ilk zərbəni endirməsindən sonra təmas xətti boyu vəziyyətin kəskinləşdiyi haqda xəbərlər yayılıb. "Ukrainskaya pravda" yazır ki, Ukrayna Silahlı Qüvvələri Donetsk separatçı qüvvələrinin Ukrayna ordusunun artilleriya mövqeyini atəşə tutmasına, bir hərbçinin həlak olmasına cavab olaraq ilk dəfə “Bayraktar TB2” döyüş PUA-sını işə salıb. Pilotsuz təyyarə separatçıların nəzarətində olan bölgənin hava məkanına daxil olub və hava hücumundan müdafiə sistemləri onu “görə” bilməyib, eyni zamanda separatçıların sərəncamında olan radioelektron mübarizə sistemləri də işə yaramayıb. Bu gün Ukrayna Baş qərargahı “Bayraktar”dan separatçıların artilleriya mövqeyinə endirilən raket zərbəsinin görüntülərini yayıb.  Telegram-kanallar bildirir ki, ötən gecədən bəri təmas xəttində vəziyyətin xeyli kəskinləşməsi müşahidə edilir. Donetsk vilayətinin separatçıların nəzarətində olan iki qəsəbəsindən əhali təxliyə edilib, çünki tərəflər bir-birlərinə qarşı ağır artilleriyadan, avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edir. Digər məlumatlara görə separatçı qüvvələrin komandanlığı da təmas xəttinə tankları cəmləşdirməkdədir. Təmas xəttinə yaxın Telmanovo qəsəbəsinin sakinləri azı 6 T-72 tankının ön xəttə doğru getdiyini görüblər.

Ukrayna hərbçiləri Qarabağ müharibəsində Azərbaycanın ermənilərə sarsıdıcı zərbə endirməsindən sonra "Bayraqdar"a hörmət bəsləməyə və onun imkanlarından istifadə etməyə söz vermişdilər. Bu isə Rusiyada narahatlıqla qarşılanmışdı...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN