booked.netbooked.net booked.net  

"Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışılacaq"

Türkiyə və Amerika Birləşmiş Ştatları Müdafiə Nazirlikləri arasında F-35-lə əlaqədar ixtilafın aradan qaldırılması və maliyyə məsələlərinin danışılması məqsədiylə ikinci iclasın bir neçə ay içində Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Türkiyə KİV-nin məlumatına görə, Ankarada Milli Müdafiə Nazirliyində (MSB) mətbuat məlumatlandırma yığıncağı təşkil edən MSB nümayəndələri jurnalistlərin suallarını cavablandırıb.

  Məlumata görə, keçən həftə Ankarada Pentaqondan gələn heyətlə F-35 döyüş təyyarələri mövzusunda aparılan danışıqlarda müzakirələrin davam etdirillməsi lazım bilinib: "İlk yığıncaq keçirildi. Hər iki tərəf öz mövqelərini ortaya qoydular. Bir neçə aya ikinci yığıncağın Vaşinqtonda edilməsi planlanır. Görüşlərdə problemlərin həllinə dair ayrıntılar müzakirə olunur. Türkiyənin F-35 proqramına dönməsilə bağlı biz mövqeyimizi ortaya qoymuşuq: birincisi, F-35 proqramına geri dönmə, ikincisi, təyyarələrin təslim edilməsi. Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışacağıq".

Xatırladaq ki, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini tədarük etməsindən sonra Türkiyə ABŞ tərəfindən “F-35” proqramından kənarlaşdırılmışdı.

Qeyd edək ki,  Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada,  F-35 təyyarələri üçün 1 milyard 400 milyon ABŞ dolları ödənildiyini söyləyib. 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN