booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov və Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Qurumunun (TENMAK) sədri Abdulkadir Balıkçı arasında görüş keçirilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, görüşdə işğaldan azad edilmiş Azərbaycan ərazilərində radiometrik və radioloji tədqiqatların aparılması, tədqiq olunan ərazinin radioloji xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, salınacaq yaşayış məntəqələrində qamma-fon xəritəsinin hazırlanması və radioaktiv mənbələrin, çirklənmə və tullantıların aşkar edilməsi, eləcə də əsas içməli və texniki su mənbələrinin radioloji monitorinqi prioritet təşkil edir. Həmçinin bu sahədə normativ-hüquqi bazanın yaradılması müzakirə olunub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN