booked.netbooked.net booked.net  

 Turan pələnginin adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmışdır.
Hər il iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Bu gün 2010-cu ilin noyabrında Sankt-Peterburqda pələnglərin qorunması məsələləri üzrə hökumət başçılarının iştirakı ilə keçirilən “Pələng sammit”ində təsis olunub. Pişikkimilər fəsiləsinin növü olan pələngin sayı, təəssüf ki, son yüzillikdə getdikcə azalıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

O, qeyd edib ki, Azərbaycanda isə pələngə (Turan pələngi) 1932-ci ilə qədər ölkəmizin əsasən cənub hissəsindəki düzənlik meşələrdə, Kür-Araz ovalığında rast gəlinib. Hazırda Turan pələngi yer üzündən silinmiş yarımnövlər siyahısına daxildir.

“Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında pişikkimilər fəsiləsindən olan bəbirin mühafizəsi xüsusi yer tutur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA  İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun ölkə ərazisində pişikkimilərin populyasiyasının bərpası proqramı çərçivəsində keçirdikləri monitorinqlər zamanı ölkənin müxtəlif areallarında bəbirlərin sayında artımın müşahidə olunduğu və davamlı populyasiyasının  yarandığı foto-tələlər vasitəsilə sübuta yetirilib”.

Xidmət rəsmisinin sözlərinə görə, son illərin tədqiqatları Azərbaycanda bəbir populyasiyasının Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yayıldığını göstərir.

***

Xatırladaq ki, təbiətdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Onlar şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələngləri 8 növə bölürlər ki, onlardan 3 növünün artıq nəsli kəsilmişdir. Məlumatlara görə, bütün dünyada - təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə isə dünyanın ən böyük pələngləri yaşayırlar. Brakonyerlik, qanunsuz heyvan ticarəti kimi antropogen amillər, iqlim dəyişikliyi pələnglərin sayını böyük nisbətdə azaldıb. XX əsrin əvvəlində dünyada 100,000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3,890 olmuşdur.  2016-cı ildə son yüz ildə ilk dəfə olaraq pələng sayında artım baş vermişdir.

Hələ illər öncəsi Sankt Peterburqda keçirilən və 13 ölkə liderinin qatıldığı Dünya "Pələng Sammiti"ndə həyəcan təbili çalınmış - Bali, Java və Anadolu pələnglərinin nəsillərinin bir neçə il əvvəl kəsildiyi vurğulanmışdı.

Qeyd edək ki, Turan pələnginin və Ön Asiya bəbirinin adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmışdır.
JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN