booked.netbooked.net booked.net  

Avropanın  "Travel and Leisure” (“Səyahət və istirahət”) nəşri Avropanın ən yaxşı şəhərini müəyyən etmək üçün sorğu keçirib.

Məlumata görə, sorğuda birinci yeri İstanbul tutub.

"İstanbul - Avropa şəhərləri arasında ən yaxşısıdır. İstanbul Avropanın bir nömrəli şəhəridir. "Travel and Leisure" -in sorğusunun nəticəsinə görə  (World's Best Awards 2021), minlərlə insan İstanbulu ən sevimlisi (favorit) seçib. Hamımız bununla fəxr edirik” , - deyə şəhər valisi  Əli Yerlikaya sosial şəbəkədə yazıb.

Qardaş Türkiyənin İstanbul şəhəri sorğuda 100 baldan 91,32 balı toplayıb.

Qeyd edək ki, İstanbul - Türkiyənin ən böyük şəhəridir. Həmçinin ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.

 Dünyanın ən qədim şəhərlərindən olan İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər Bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.

Son illərdə ard-arda meydana çıxan arxeoloji tapıntılar bəşəriyyət tarixində mühüm rol oynayır. Yarımburqaz mağarasında tapılan daş alətlərlə, ibtidai insan izlərinin 400.000 il əvvələ söykəndiyi ortaya çıxmışdır.

Qeyd edək ki, Fatih - İstanbulun mərkəz hissəsi və əsas turistik bölgəsidir. Ən məşhur turist dairəsi - Sultanahmet, Sofiya Katedrali, Hipodrom və onlarla digər nadir tarixi abidələr YUNESKO-nun Dünya İrs Siyahısına yazılmışdır. Rayonun ən məhşur məhəllələri Sultanahmet, Eminönu, Aksaray və Lalelidir. Eminonu məhəlləsi qədim muzeyləri, məscidləri və əfsanəvi ədviyyat bazarı olan “Mısır Çarşısı” də daxil olmaqla bir çox bazarları ilə məhşurdur.

Beyoğlu - müasir İstanbulun əsas mədəni, ticarət və əyləncə mərkəzi olan yeni bir şəhərdir. Karaköy, Qalatasaray və Taksim - ən yaxşı mağazalar, sənət qalereyaları, antik mağazalar və qəhvə dükanları ilə turistləri cəlb edir.
Beşiktaş - İstanbulun başqa bir məşhur rayonu da Bosfor boğazının Avropa sahillərində yerləşən prestijli rayonudur. Burada Ortaköy, Sinan Paşa Məscidi, Yildiz və Dolmabahçe Sarayları, Barbaros Meydanı yerləşmişdir. Beşiktaşda bir çox otel var, bunların çoxu lüks həyatı sevənlər üçündür.

Kadıköy - İstanbulun Asiya hissəsində yerləşən əyləncə və alış-veriş üçün ideal bir yerdir.

Bir sözlə, İstanbul möhtəşəm şəhərdir!

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN