Nəsimi rayon məhkəməsi Moldovada yaşayan Britaniya vətəndaşı, tanınmış biznesmen Almari Vael Süleymanın qanunsuz olaraq Bakıya gətirilmiş və hazırda deputat Ramil Həsənin evində olduğu bildirilən azyaşlı qızı ilə görüşmək hüququnun olmasına dair qərarı qüvvədə saxlayıb.

Bundan əvvəl yazmışdıq ki, Almari Vael Süleyman  (Almaree Wael Sulaiman) valideyinlik hüququnun həyata keçirilməsinin təmin edilməsi üçün Moldova vətəndaşı Hasan (Lunqu) Nikolai Yekatrinaya qarşı iddia qaldırıb. Yekatrina əvvəllər Vael Süleymanla birgə yaşayıb və onların bir qızı olub, daha sonra Ramil Həsənə qoşularaq Azərbaycana gəlib. Onların hazırda rəsmi nigahının olduğu bildirilir.

Biznesmenin iddiası üzrə vəsadət təmin edilib və qərara əsasən ona həftədə azı 2 saat olmaqla 7 yaşlı qızı Almari Malika ilə görüşmək hüququ verilib. Biznesmen bu gün məhkəmə icraçıları ilə birlikdə qızı ilə görüşməyə yenidən cəhd göstərib, lakin deputat Ramil Həsən buna icazə verməyib.

Biznesmenin vəkili Ənvər Əmirəliyev bildirib ki, onun müdafiə etdiyi şəxs qızı ilə görüşmək üçün məhkəmə qərarının icrasına nail olmağa çalışır. Biznesmen artıq Böyük Britaniya, Litva və digər Avropa ölkələrindəki bütün işgüzar görüşlərini təxirə salıb, ədalətin təmin edilməsinə qədər Azərbaycanı tərk etməmək niyyətindədir.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA