21  sentyabr bütün  dünyada Beynəlxalq Sülh Günü qeyd olunur. 

1981-ci ildə  BMT tərəfindən təsis edilib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı qeyd edilsə də, 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib, bu tarix həm də ümumdünya atəşkəs günü elan edilib.

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin "Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və birdəqiqəlik sükuta çağırmışdı. Baş katib "Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”, - deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh Gününün builki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir. 
 Ümid edirik ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik,işğalçı siyasətindən əl çəkəcək və Azərbaycanla sülh şəraitində yaşayacaqdır. Bunun üçün isə ölkələr arasında sülh sazisi imzalanmalıdır. Amma əfsuslar olsun ki, Ermənistan höküməti hələ də sülh sazisi bağlamaq istəmir, xarici havadarlarının köməyi ilə Azərbaycan ərazisində təxribatlar törətməkdə davam edir. Əslində, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, kəndləri,şəhərləri viran qoyan, minlərlə vətəndaşımızı qətlə yetirən Ermənistanla sülh bağlamağı biz istəməməliyik. Biz yenə də humanistlik göstərib Ermənistanı sülhə çağırırıq. 
 Şakir QURBANOV

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA