Koronavirusa qarşı peyvənd olunmamış insanlara müəyyən məhdudiyyətlər qoyulması məsələsi BMT-nin 76-cı sessiyaslında səsləndirilib. Belə ki, Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa qarşı peyvənd edilməmiş insanların sərbəst hərəkətinin məhdudlaşdırılmasına qarşı olduğunu bildirib.

Təzadlar TASS-a istinadən xəbər verir ki, Bolsonaro bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Əvvəllər bir neçə dəfə koronavirusa qarşı peyvəndə şübhə ilə yanaşdığını açıqlayan dövlət başçısı əlavə edib ki, hökuməti vaksinasiyanı dəstəkləyir, amma eyni zamanda sanitar pasportlara və peyvəndin məcburi şəkildə tətbiqinə qarşıdır.

"Pandemiyanın başlanğıcından etibarən həkimlərin profilaktik müalicə almaq hüququnu dəstəklədik. Keçən il koronavirus infeksiyasına yoluxmuş şəxslər sübut edilməmiş effektivliyi olan alternativ dərmanlarla müalicə olundu. Başa düşmürük, bir çox ölkələr, eləcə də əksər media bu cür müalicəyə qarşı çıxır. Tarix və elm buna cavabdeh olanları göstərəcək”, deyə Bolsonaro nitqini yekunlaşdırıb.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA