booked.netbooked.net booked.net  

"AZƏRBAYCANDA ÖZÜMÜZÜ EVİMİZDƏKİ KİMİ HİSS EDİRİK..."

"AZƏRBAYCANDA ÖZÜMÜZÜ EVİMİZDƏKİ KİMİ HİSS EDİRİK..."

Azərbaycanda qardaş Qırğızıstanın Mədəniyyət Günlərinin dövlət səviyyəsində və rəngarəng formatda keçirilməsi,

ASİF MƏRZİLİNİN "SONUNCU ƏMR" ROMANI DÖVLƏT MÜKAFATLARI SİYAHISINDA- RƏSMİ

ASİF MƏRZİLİNİN "SONUNCU ƏMR" ROMANI DÖVLƏT MÜKAFATLARI SİYAHISINDA- RƏSMİ

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası təqdim edilən əsərlərin(işlərin) rəsmi siyahısını təqdim edib... ...

Госдеп раскрыл правду о верховенстве "демократии" в Армении

Госдеп раскрыл правду о верховенстве "демократии" в Армении

Государственный департамент США в своем ежегодном докладе «2023 Country Reports on Human Rights Practices:

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDAKI QURU SƏRHƏDİ NİYƏ BAĞLIDIR?

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDAKI QURU SƏRHƏDİ NİYƏ BAĞLIDIR?

Artıq bir müddətdir ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlıdır...

RUSİYA ERMƏNİSTANIN AZƏRBAYCANLA SÜLH SAZİŞİ BAĞLAMASINDA MARAQLIDIR

RUSİYA ERMƏNİSTANIN AZƏRBAYCANLA SÜLH SAZİŞİ BAĞLAMASINDA MARAQLIDIR

"Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsinə çalışır..."

QƏBƏLƏDƏ ŞƏHİD BACISI TOY GÜNÜNDƏ İNTİHAR ETDİ - "TOYUMUZA GƏLMƏDİ..."

QƏBƏLƏDƏ ŞƏHİD BACISI TOY GÜNÜNDƏ İNTİHAR ETDİ - "TOYUMUZA GƏLMƏDİ..."

Bu gün – aprelin 23-ü Bəhruzənin toyu olmalıydı, amma ağ gəlinliyi kəfənə döndü...

DOĞMA YURDA QAYIDIŞDAN QİYMƏTLİ NƏ OLA BİLƏR Kİ!?

DOĞMA YURDA QAYIDIŞDAN QİYMƏTLİ NƏ OLA BİLƏR Kİ!?

Bu gün onların da bayramıdır- yurda qayıdışın, 31 illik ayrılıqdan sonra Füzuliyə qovuşacaqları gündür...

MEDİANIN İNKİŞAFI AGENTLİYİ XƏBƏRDARLIQ ETDİ- SƏBƏB

MEDİANIN İNKİŞAFI AGENTLİYİ XƏBƏRDARLIQ ETDİ- SƏBƏB

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictima...

İSRAİL-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN HEYDƏR ƏLİYEV DÖNƏMİ

İSRAİL-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN HEYDƏR ƏLİYEV DÖNƏMİ

...Azərbaycanla İsrail arasındakı qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin tarixi böyükdür.

"Əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı".

"TEZADLAR.AZ" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində - Üçtərəfli Bəyanat bu müharibəyə nöqtə qoydu. Çıxılmaz vəziyyətə düşmüş Ermənistan kapitulyasiya etdi. Azərbaycanın zəfərinin rəmzi olan məlum kadrlar hamımızın yadındadır. Bu qərar necə qəbul edildi, nələr kadr arxasında qaldı? Bəlkə elə təfsilat var ki, bu “siyasi mətbəx” barədə bu gün danışmaq olar. Çünki hamı çox yaxşı başa düşürdü, çoxları üçün bu zəfər gözlənilməz oldu. Hamı anlayırdı ki, Ermənistan uduzur. Birdən-birə cənab Paşinyan qeyd-şərtsiz kapitulyasiya barədə akt imzalayır, hərçənd, Sizdən və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putindən fərqli olaraq, bunu birbaşa efirdə etməkdən imtina edir. Bu mexanizm necə idi? sualına cavab verərkən deyib. 

Prezident İlham Əliyev bildirib ki, praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən etibarən mən jurnalistlərə müsahibələrimdə də, öz çıxışlarımda da, Azərbaycan xalqına müraciətlərimdə də dəfələrlə deyirdim ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq: " Mən bunu hərbi əməliyyatlar dövründə mənə zəng vuran, dayanmağımı tələb və ya xahiş edən Qərb liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə də demişəm. Mən deyirdim: Mən hazıram, söz verirəm və həmişə sözümün üstündə dururam, lakin mənə tarixi deyin. Siz istəyirsiniz, müharibə dayansın, mən də istəyirəm, tarix deyin, Ermənistan rəhbərliyi ilə danışın, mənə ərazilərin nə vaxt azad ediləcəyi tarix lazımdır. Bizə müharibə lazım deyil və mən bunu hərbi əməliyyatlar dövründə dəfələrlə açıq demişəm. Bundan əlavə, hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi. Ona görə ki, əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər. Bundan əlavə, Paşinyanın və onun əlaltılarının baş katibini həbs etdirməklə bacardıqları qədər hörmətdən saldıqları həmin KTMT-yə narazılıq bildirməsi bir qədər təəccüb doğurur. Ümumiyyətlə, bu, hiddətləndirici faktdır, mənim fikrimcə dünya praktikasında belə hadisə olmayıb, - ermənilər KTMT-nin indiki baş katibinin təyin olunmasına bir il ərzində imkan verməyib, əslində, özlərini meydanoxuyucu tərzdə aparıb və bu davranış Ermənistanın dünya xəritəsində yerinə, roluna və əhəmiyyətinə əsla uyğun gəlmir.

Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm".

Pin It

CƏMİYYƏT

25-Apr-2024 By Asif Memmedov

"AZƏRBAYCANDA ÖZÜMÜZÜ EVİMİZDƏKİ KİMİ HİSS…

Azərbaycanda qardaş Qırğızıstanın Mədəniyyət Günlə

24-Apr-2024 By Asif Memmedov

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDAKI QURU SƏRHƏDİ…

Artıq bir müddətdir ki, Azərbaycanla Gürcüstan ara

23-Apr-2024 By Asif Memmedov

DOĞMA YURDA QAYIDIŞDAN QİYMƏTLİ NƏ…

Bu gün onların da bayramıdır- yurda qayıdışın, 31

SİYASƏT

23-Apr-2024 By Asif Memmedov

RUSİYA ERMƏNİSTANIN AZƏRBAYCANLA SÜLH SAZİŞİ…

"Rusiya Qərb ölkələrindən fərqli olaraq, Cənubi Qa

22-Apr-2024 By Asif Memmedov

DELİMİTASİYA İLƏ İŞÇİ QRUP MƏŞĞUL…

Ermənistan Respublikası Baş Naziri Aparatının rə

20-Apr-2024 By Asif Memmedov

BMT- NİN BAŞ KATİBİ DƏ…

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və

18-Apr-2024 By Asif Memmedov

BAŞ NAZİR QƏRBİN TƏHDİDLƏRİNDƏN DANIŞIB…

"Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki

17-Apr-2024 By Elbar Şirinov

AZƏRBAYCAN FRANSANI TƏHDİD VƏ TƏZYİQLƏRDƏ…

Parisin Bakıya etdiyi təhdid və təzyiqlər nəticə v

MƏDƏNİYYƏT

25-Apr-2024 By Asif Memmedov

XANIM YAZIÇININ YARADICILIĞI DİQQƏTLƏ İNCƏLƏNDİ

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M

25-Apr-2024 By Yasemen Memmedov

"SÖYÜŞ SÖYMƏK TƏRBİYƏSİZLİK DEYİL" -…

 Bu günlərdə Azərbaycanın Xalq artistləri Rasim Ba

25-Apr-2024 By Asif Memmedov

XƏTAİDƏ KƏLAĞAYI BAYRAMI KEÇİRİLƏCƏK...

 Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid

24-Apr-2024 By Yasemen Memmedov

ROZA ZƏRGƏRLİ AKADEMİYADA DƏRS DEYİRMİŞ...

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə 

23-Apr-2024 By Elbar Şirinov

HİNDİSTAN TƏƏCCÜBLƏNDİRMƏKDƏ DAVAM EDİR...

Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Yaşad

23-Apr-2024 By Asif Memmedov

TÜRKİYƏDƏ YAŞAYAN SOYDAŞIMIZ DA "YAŞIL…

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M

KRİMİNAL

25-Apr-2024 By Asif Memmedov

TANIŞ OLDUĞU QIZIN İNTİM GÖRÜNTÜLƏRİNİ…

...Bəzən ağılsız və düşünülməmiş hərəkətlər sonra

24-Apr-2024 By Asif Memmedov

QIZ QAÇIRTMA ADAM OĞURLUĞUDUR!- SUBAY…

Keçmiş el adətlərindən biri də qız qaç

23-Apr-2024 By Asif Memmedov

MƏİŞƏT ZORAKILIĞINDAN ZƏRƏRÇƏKMİŞLƏRƏ MÜHAFİZƏ ORDERİ…

 Məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi

TEXNOLOGİYA

09-Apr-2024 By Yasemen Memmedov

İŞ ADAMI İNSANLARI 5 İLƏ…

Amerikalı iş adamı və milyarder, SpaceX-in qurucus

29-Mar-2024 By Yasemen Memmedov

BƏRPA OLUNAN ENERJİ STANSİYALARININ TƏMƏLİ…

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dö

14-Mar-2024 By Yasemen Memmedov

SOSİAL MEDİADAN DAHA ÇOX KİMLƏR…

Sən demə, Azərbaycanda qadınlarla müqayisədə kişil

HADİSƏ

24-Apr-2024 By Elbar Şirinov

AK KİYEVƏ 1,5 MİLYARD AVRO…

Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq pa

24-Apr-2024 By Elbar Şirinov

O, FƏXRİ CƏNGAVƏRLƏR ORDENİ İLƏ…

Böyük Britaniya kralı III Çarlz şahzadə Keyt Middl

24-Apr-2024 By Elbar Şirinov

POLŞALI GENERAL: UKRAYNANIN CƏBHƏDƏ 200…

Polşa quru qoşunlarının keçmiş komandanı, general

24-Apr-2024 By Elbar Şirinov

"NİKOL TÜRKDÜR": ERMƏNİSTANDA PAŞİNYANIN ARVADINI…

Ermənistanın baş nazirinin arvadı Anna Akopyan İrə

24-Apr-2024 By Elbar Şirinov

VARŞAVADA 300 UKRAYNALI PASPORT XİDMƏTİNƏ…

Üç yüz ukraynalı Varşavada “Sənəd” Dövlət Müəssisə

24-Apr-2024 By Elbar Şirinov

RUSİYA SİLAHLI QÜVVƏLƏRİ PİLOTSUZ TƏYYARƏLƏRİN…

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri

Ən son xəbər

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

23-Apr-2024 By Yasemen Memmedov

XANKƏNDİNİN YENİ SAKİNİ DÜNYAYA GƏLDİ -…

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindək

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

İQTİSADİYYAT

25-Apr-2024 By Yasemen Memmedov

DAHA Ç…

Bu ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İ

TƏHSİL

25-Apr-2024 By Yasemen Memmedov

BANM-D…

 Bakı Ali Neft Məktəbində #BANM #Ümummilli Lider H