Xəbər verildiyi kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bazar günü Türkmənistana ikigünlük səfər edib.

Türkmənistan televiziyası xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Türkmənistanın məşhur ahaltəkə cinsindən olan atını və alabay cinsindən olan itini hədiyyə ediblər.

 Türkmənistan prezidenti  “Qanadlı” adlı atı  Qazaxıstan prezidentınə dövlət başçılarının Aşqabad yaxınlığında yerləşən Ahaltəkin atçılıq kompleksində iştirak etdikləri tədbirdə hədiyyə edib.

Tədbir zamanı fəxri qonaqlara atlı idmançıların şousu nümayiş etdirilib.

 Daha sonra baş nazirin müavini, Ahaltəkin  və “Türkmən alabayı" Beynəlxalq Assosiasiyasının prezidenti Sərdar Berdiməhəmmədov ( Qurbanqulu Berdiməhəmmədovun oğlu-red.)  Qazaxıstanın dövlət başçısına “Gövhər” (“Brilyant”) ləqəbli türkmən küçüyünü hədiyyə edib.

Tokayev Qazaxıstan xalqına hörmətə və gözəl hədiyyələrə görə təşəkkür edib.

 Qazaxıstan lideri Türkmənistan prezidentinin səyləri nəticəsində inkişaf edən ikitərəfli münasibətlərin iki dövlətin və xalqın maraqlarına cavab verdiyini vurğulayıb.

 Xatırladaq ki, bu gün  Berdımuhamedov və Tokayev arasında danışıqlar keçiriləcək. Tərəflər siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Türkmənistan-Qazaxıstan tərəfdaşlığına dair geniş məsələləri müzakirə edəcəklər. İkitərəfli danışıqların yekunlarına əsasən ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Təqdim etdi: Şakir QURBANOV