booked.netbooked.net booked.net  

В Госдепе вынуждены разъяснять Еревану свои позиции

В Госдепе вынуждены разъяснять Еревану свои позиции

Недавно престижная американская корпорация «RAND» опубликовала на своем сайте анализ Джо Хабермана и Пола Кохмари «США не могут гарантировать безопасн...

PUTİN NATO İLƏ MÜHARİBƏDƏN DANIŞIB

PUTİN NATO İLƏ MÜHARİBƏDƏN DANIŞIB

"Qərbin Rusiyanın Ukraynadan sonra Avropaya hücum etməyi planlaşdırması barədə bəyanatları cəfəngiyyatdır və öz əhalisini qorxutmaq məqsədi daşıyan al...

ABŞ RUSİYAYA TERRORLA BAĞLI ƏVVƏLCƏDƏN MƏLUMAT VERİB?

ABŞ RUSİYAYA TERRORLA BAĞLI ƏVVƏLCƏDƏN MƏLUMAT VERİB?

ABŞ kəşfiyyatı və xüsusi xidmət orqanları Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında baş vermiş faciədən az əvvəl Rusiyaya...

В Госдепе вынуждены разъяснять Еревану свои позиции

В Госдепе вынуждены разъяснять Еревану свои позиции

Недавно престижная американская корпорация «RAND» опубликовала на своем сайте анализ Джо Хабермана и Пола Кохмари «США не могут гарантировать безопасн...

HAKİM KƏRİM XUDAYEV PREZİDENTİN İMZALADIĞI QANUNU TANIMIRSA…

HAKİM KƏRİM XUDAYEV PREZİDENTİN İMZALADIĞI QANUNU TANIMIRSA…

Asif Mərzili: "Hakim Kərim Xudayev mediaya qarşı iddiaya baxır, amma "Media haqqında" Qanunun ən azı 77-ci maddəsinin tələblərindən xəbərsizdir…"

YAŞAYIŞ BİNALARINDA DA PARKLANMA QİYMƏTİ ARTIRILDI - BU, NƏ DƏRƏCƏDƏ QANUNİDİR?

YAŞAYIŞ BİNALARINDA DA PARKLANMA QİYMƏTİ ARTIRILDI - BU, NƏ DƏRƏCƏDƏ QANUNİDİR?

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.

Никто забыт и ничто не забыто в Азербайджане

Никто забыт и ничто не забыто в Азербайджане

Публикации в азербайджанским СМИ о чудовищных акциях армянской военщины против мирного населения

ORDUMUZLA BİRLİKDƏ TƏHLÜKƏSİZLİYİMİZİN QARANTI- DTX!

ORDUMUZLA BİRLİKDƏ TƏHLÜKƏSİZLİYİMİZİN QARANTI- DTX!

“General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə yeni bir dönəmin başlanğıcı qoyuldu”

MASALLIDA “SAĞLAMLIQ KÖRPÜSÜ" - KİMLƏR BƏHRƏLƏNƏCƏK?

MASALLIDA “SAĞLAMLIQ KÖRPÜSÜ" - KİMLƏR BƏHRƏLƏNƏCƏK?

Bu gün TƏBİB- in, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət İnteqrativ Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı rayonunda ...

MEDİA

 Teyyub Abdullayev: “İcra başçısının müavini Mahmud Süleymanov məni çağırtdırdı ki, başçının tapşırığıdır, pul gətirməlisiniz ki...”

Uzun illərdir dünyanın qabaqcıl təcrübəsini Azərbaycanın kənd təsərrüfatında tətbiq etməklə öz şəxsi vəsaiti hesabına taxıl, kartof və soğan əkib-becərən, xüsusən də neçə ildir ölkəyə soğan idxalının dayandırılaraq, əksinə, Azərbaycanın soğan ixracatçısına çevrilməsində uğurlar əldə edən fermer Teyyub Abdullayev İsmayıllı rayonunda başına gətirilmiş müsibətlərlə bağlı Prezident İlham Əliyevə müraciət etməli oldu. Ötən həftə “Təzadlar” qəzeti redaksiyasında olan və qəzetimizə geniş videomüsahibə verən T.Abdullayevin ölkə başçısına müraciətini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

1962-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuş, məcburi köçkün Teyyub Əli oğlu Abdullayev tərəfindən

MÜRACİƏT

Çox hörmətli  cənab Prezident!

Diqqətinizə çatdırıram ki, mən ali təhsilli iqtisadçıyam və Ağdam rayonu işğal ediləndən sonra - uzun illərdir kənd təsərrüfatı sahəsində məhsul istehsalı və tədarükü ilə məşğulam. Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı Sizin sahibkarlara, iş adamlarına məlum çağırışınızla əlaqədar olaraq Azərbaycanda ilk dəfə olaraq açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq etmişəm. Əsas əkin növü olaraq soğan, buğda və kartof əkini ilə məşğul oluram. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilmişdir. Onu da qeyd edim ki, bu günədək dövlətdən bir manat belə maliyyə yardımı almadan bu möhtəşəm işlərə nail olmuşuq. Azərbaycanda intensiv üsulla kütləvi soğan əkilib becərilməsinə isə yalnız mənim başladığım mütərəqqi üsulların tətbiqindən 4-5 il sonra başlanılmışdır. Bütün məsrəflər yalnız özümüzün daxili qənaətlərimiz və yüksək əmək məhsuldarlığı sayəsində əldə etdiyimiz məhsuldarlıq hesabına qazanılmışdır. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün isə Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, qabaqcıl təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşam. Xarici ölkələrdən xüsusi kənd təsərrüfatı texnikası alıb gətirmiş, eləcə də “Aqrolizinq”in yardımından istifadə etmişəm. Bütün bunlar da şəxsi vəsaitimizlə həyata keçirilmişdir. Qürur hissi ilə demək istəyirəm ki, bütün bu nailiyyətlərimizi  məhz Sizin, xüsusən də kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün verdiyiniz dəstəyin sayəsində əldə etmişik, bu dəstəyi daim hiss edirik. Ümumi fəaliyyətimizin sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail oluruq.

(Şəkildə: İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov)

(Şəkildə: fermer Teyyub Abdullayev)

Cənab Prezident, mən bununla kifayətlənmədən Ağdam rayonundan məcburu köçkün düşərək İsmayıllı rayonunda məskunlaşmış soydaşlarımızın sosial və məşğulluq problemlərinin həlli üçün Dövlət Aktı və İsmayıllı rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq 1998-ci ildə rayonda istifadə edilməyən ərazini aqrotexniki qaydada sahmana salaraq Dövlət Fondunda olan 73 hektar torpaq sahəsini 25 illiyinə icarəyə götürərək burada taxıl əkini həyata keçirmişəm. Bu da Sizin ölkəmizdə ərzaq təhlükəsizliyinə dair tapşırıq və tövsiyyələriniz əsasında edilmişdir. Dəmyə (təbii suvarılma ilə becərilən) torpaq sahəsinin məhsuldarlığını artırmaq üçün hər il gübrə və digər minerallardan istifadə etmişik ki, bununla da  rayon ərazisində yaşayan bir sıra məcburi köçkünlərin, digər sakinlərin taxıla olan təlabatını ödəmişik. Onu da deyim ki, sənədlərdə həmin torpaq sahəsi örüş yeri kimi qeyd edilsə də, Əmlak Komitəsinin və Vergilər Nazirliyi mütəxəssislərinin tövsiyyəsi əsasında bu günədək həmin torpaq sahəsinə görə nəzərdə tutulan vergini əkin kimi Dövlət büdcəsinə ödəmişəm (ödəmə tapşırıqlarını təqdim edirəm).

Cənab Prezident, lakin bu günlərdə İsmayıllı rayon İcra Hakimiyyətində yüksək vəzifə tutan şəxslərin mənə edilən bir telefon zəngi bütün arzularımızı və fəaliyyətimizi alt-üst etmişdir. Belə ki, İsmayıllı rayon İH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini mənə zəng edib dedi ki, başçının müavini Mahmud Süleymanov göstəriş verdi, Rayon icra hakimiyyətinin başcısı Nahid Bağırov səni görmək istəyir. Həmin vaxt mən işğaldan azad edilmiş ərazilərimizdə idim. Telefonda görüşün səbəbini soruşanda dedi ki, başçı tapşırıb ki, mən İsmayıllı rayonundakı şəhid, qazi və veteran ailələrinə maddi yardım üçün pul verməliyəm. Özüm Ağdam rayonundan məcburi köçkün olduğumdan, eləcə də doğma kəndimiz erməni vandalları tərəfindən darmadağın edildiyindən, müharibədən zərərçəkmiş kimi, həmin şəxsə bildirdim ki, müharibə mənim yaralı yerimdir, 20 ildən artıqdır ki, cəbhə xəttinin ən yaxın ərazisində-Ergi qəsəbəsində də əkinlə məşğulam. Ona görə də əlavə edərək dedim ki, Rayon İcra Hakimiyyətinin başçısının bu təşəbbüsünü alqışlayıram və xahiş edirəm başçının diqqətinə çatdırasınız ki, 44 günlük Zəfər müharibəmizdən sonra təkcə İsmayıllı rayonundakı şəhid və qazi ailələrinə öz təşəbbüsümlə 7000 manatdan çox nəğd pul vəsaiti yardım etmişəm, siyahını rayona gələn kimi təqdim edəcəyəm. Eləcə də Ağdam rayonundakı hərbi hissələrdən birinə Ukraynadan gətirdiyim komplektləşdirilmiş “QAZ-66” hərbi təyinatlı yük avtomobili bağışlamışam, həmçinin Ağdamda şəhid və qazi ailələrinə lazımi qədər maddi yardım etmişəm. Yenə də kimə zərurət varsa, siyahı verilsin, imkan daxilində ərzaq və maddi yardım edərəm.

Lakin hiss etdim ki, zəng edən şəxs mənim İH-nə pul göndərməyimi istəyir. Bir daha onun diqqətinə çatdırdım ki, siyahı verilsin, ünvanına çatdırılmaqla yardım etməyə hazıram. 

Cənab Prezident, bu telefon zəngindən bir gün keçmiş 23 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Polis İdarəsinin sahə müvəkkili və başqa bir polis nəfəri heç bir rəsmi təqdimat, xəbərdarlıq, yaxud məhkəmə qərarı olmadan 25 illiyinə icarəmizdə olan əkin sahəsindəki texnikaları zor gücünə sahədən çıxartdırmışlar. Əkinlə məşğul olan işçidən səbəbini soruşduqda dedi ki, polislər bunun İcra başçısı Nahid Bağırovun göstərişi ilə edildiyini bildirdilər. Onsuz da son zamanlar havaların yağmurlu keçməsi səpinin gecikməsinə mane olmuşdu, bu tərəfdən də polis əməkdaşları qanunsuz və əsassız olaraq taxıl səpininə imkan vermədilər. Halbuki İsmayıllı rayonunun rəhbərliyi də bilir ki, həmin taxıl hər il kənara aparılmır, əsasən İsmayıllı rayonunun əhalisinin ehtiyacları üçün istifadə edilir.

Mən dərhal bir gün əvvəl mənə zəng edib şəhid ailələrinin adı ilə pul istəyən RİH aparatının şöbə müdirinin müavininə zəng vurdum. O, bildirdi ki, təcili gəl, icra başçısı Nahid Bağırovla görüşüb problemini həll etməlisən. Məcbur olub 24 noyabr 2021-ci il tarixdə Qarabağ bölgəsindən İsmayıllı Rayon İcra Hakimiyyətinə gəldim. Mühafizə xidmətinə dedim ki, başçı məni görmək istəyir, dəvət ediblər. RİH-nin ümumi söbəsində adımı, soyadımı və telefon nömrəmi qeydə aldılar. Bu zaman RİH-nin mənə zəng vurub çağırtdıran əməkdaşı da gəldi, dedi gözlə, başçıya məruzə ediləcək, səni qəbul edəcək. Mən uzun müddət  qəbul otağında gözlədim. Təbii ki, başçı da, müavinləri də kamerada mənim gözlədiyimi görürdülər. Nəhayət, şöbə müdirinin müavini Şahin Hüseynovdan təkrarən xahiş etdim ki, qaranlıq düşür, mən Ağdama qayıtmalıyam, yol dumanlıdır, ya qəbul etsinlər, ya da desinlər qəbul etmirlər, çıxıb gedim. Ş.Hüseynov bu barədə RİH başçısının müavini, “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri” Mahmud Süleymanova məlumat verdi, o isə bildirdi ki, başçı səninlə görüşmək istəmir.

Cənab Prezident, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə hər bir RİH-də yaradılmış Apelyasiya Şurasının “Əsasnamə”si təsdiq edilmişdir ki, (Maddə 1) “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”.

Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Ən maraqlısı budur ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nəzdindəki Apellyasiya Şurasının sədri Mahmud Süleymanovdur və o, İH başçısının müavinidir, “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin” müdiridir. Yəni Mahmud Süleymanovun birbaşa vəzifəsi idi ki, İsmayıllı rayonu üçün məhz öz şəxsi vəsaiti və texnikası ilə taxıl əkib-becərən mən sahibkarın problemini həll etsin, nəinki sahibkara dözülməz problem yaratsın. Mən elə RİH-də olarkən xəbər tutdum ki, Mahmud Süleymanovun təqdimatı və başçıya məruzəsi əsasında mənimlə bağlanmış icarə müqaviləsi də ləğv edilib. Bəhanə də budur ki, mən niyə örüş yeri olan torpaq sahəsində taxıl əkmişəm. Halbuki onlar yaxşı bilirdilər ki, mən torpağın vergisini uzun illərdir əkin sahəsinə uyğun olan qiymətlə ödəyirəm. Guya bunu bilmirdilərmi? Niyə məni 7 dəfə artıq vergi dərəcəsi ilə ödənişlərə məcbur edirdilər? Mən hələ onu demirəm ki, Mahmud Süleymanov Sizin tövsiyə və tapşırıqlarınıza, etibar və etimadınıza daban-dabana zidd olaraq İsmayıllı rayonundakı vəzifəsinə yad hansı fəaliyyətlə məşğul olur, bunu bütün İsmayıllı sakinləri yaxşı bilir. Hətta onun özünün və RİH-nin digər əməkdaşlarının İsmayıllıdakı böyük ərizələrdəki örüş sahələrində nə qədər əkin sahələri vardır. Onlar isə torpaq vergisini örüş yeri kimi ödəyirlər, amma əkinlə məşğuldurlar. Belə çıxırdı ki, mən Mahmud Süleymanovun istədiyi pulu(?) vermədiyim üçün bu yola əl atmışdır. Amma hələlik onu deməyi vacib sayıram ki, mən kommersiya fəaliyyəti ilə deyil, məhz cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkəmizin ərzaq təhlükəsizliyinə dəstək vermək üçün dövlətdən bir manat belə yardım almadan, öz şəxsi vəsaitimlə, öz zəhmətimlə kənd təsərrüfatı məhsulları-soğan, taxıl və kartof əkib becərirəm. Bununla da ölkədə məhsul bolluğuna dəstək verirəm. Amma Mahmud Süleymanov kimi məmurlar isə əlbəəl pul vermədiyim üçün mənə belə süni problemlər yaratmışlar. Hətta mən RİH rəsmisindən soruşanda ki, cənab icra başçısına mənim şəhid ailələrinə könüllü olaraq etdiyim yardımlar barədə məlumat verdinizmi, o, isə dedi ki, yox. Bununla da belə hesab edirəm ki, bəlkə də İcra başçısının bu süni problemlər yaradılmasından xəbəri yoxdur, yaxud ona yalan məlumat verilmişdir. Güman ki, İcra başçısı Nahid Bağırov mənim İsmayıllının Kürdmaşı kəndindəki kimsəsiz, ağır xəstə bir ailəyə 30 min manata yaxın xərc çəkərək ev tikdirdiyimdən də məlumatsızdır, çünki ona deyilməyib.

Cənab Prezident, Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycanda korrupsiya ilə məşğul olan, sahibkarların boğazına zəli kimi yapışan, çirkin niyyəti ilə ölkəmizin çiçəklənməsinə mane olan məmurlara aramızda yer yoxdur. Onların yeri, bəziləri kimi, həbsxanalardır.

Odur ki, Sizdən xahiş edirəm, İsmayıllı rayonunda mənə kənd təsərrüfatı ilə məşğul olan, ərzaq bolluğuna dəstək verən sahibkar kimi süni əngəllər yaradan, bütün fəaliyyətimizi puça çıxaran RİH başçısının müavini Mahmud Süleymanovun və digərlərinin fəaliyyətinin yoxlanılaraq ciddi surətdə cəzalandırılmasına göztəriş verəsiniz.

Dərin hörmətlə:

T.Ə.Abdullayev

Bakı şəhəri, 29 noyabr 2021-ci il

REDAKSİYADAN: Bu dəqiqələrdə sahibkar T.Abdullayev redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı ona zəng edərək polis şöbəsinə çağırıb: "Bildirdim ki, mən fermer-sahibkaram, məni vergi orqanı çağıra bilər ki, vergi borcunuz var, Allah şükür, o da yoxdur... Başqa problem varsa, xahiş edirəm, rəsmi çağırış göndərin, mən problemin mahiyyətini bilim... Təhqiqatçı bildirdi ki, RİH-dən deyiblər ri, mən icarəmdə olan sahədə niyə taxıl əkmişəm və s. İzah etdim ki, mən 20 ildən çoxdur 25 illiyinə icarəmə Dövlət Aktı ilə verilmiş sahədə Dövlət büdcəsinə əkin üçün vergi ödəyib dəmyə sahədə İsmayıllı rayonuna taxıl əkirəm... Əgər bunu istəmirlərsə, rəsmi xəbərdarlıq etsinlər, mən də günahımın nədən ibarət olduğunu bilim, ölkə başçısından əlavə kömək istəyim...". 

 

 

Pin It

CƏMİYYƏT

28-Mar-2024 By Elbar Şirinov

ABŞ RUSİYAYA TERRORLA BAĞLI ƏVVƏLCƏDƏN…

ABŞ kəşfiyyatı və xüsusi xidmət orqanları Moskva y

28-Mar-2024 By Asif Memmedov

HAKİM KƏRİM XUDAYEV PREZİDENTİN İMZALADIĞI…

Asif Mərzili: "Hakim Kərim Xudayev mediaya qarşı i

28-Mar-2024 By Yasemen Memmedov

YAŞAYIŞ BİNALARINDA DA PARKLANMA QİYMƏTİ…

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının

SİYASƏT

28-Mar-2024 By Asif Memmedov

PUTİN NATO İLƏ MÜHARİBƏDƏN DANIŞIB

"Qərbin Rusiyanın Ukraynadan sonra Avropaya hücum

24-Mar-2024 By Asif Memmedov

RUSİYA HƏRBÇİLƏRİ POLŞA "F-16"LARININ HAVAYA…

Ötən gecə Polşa Silahlı Qüvvələri Rusiya aviasiyas

17-Mar-2024 By Elbar Şirinov

BAXÇALI ƏRDOĞANI SİYASƏTDƏN GETMƏMƏYƏ ÇAĞIRIB

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP)

16-Mar-2024 By Asif Memmedov

GÜRCÜSTANIN BAŞ NAZİRİ BAKIDA AZƏRBAYCANLA…

"Azərbaycan və Gürcüstanı tarixi dostluq bağları b

15-Mar-2024 By Asif Memmedov

RUSİYALILARI SINAĞA ÇƏKƏN SEÇKİ- PUTİNƏ…

Bu gün Rusiyada prezident seçkilərində səsverməyə

MƏDƏNİYYƏT

28-Mar-2024 By Asif Memmedov

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ"…

Yazıçı və şairlər, yadıcı insanlar Bakı Şəhər Mədə

28-Mar-2024 By Asif Memmedov

BEYNƏLXALQ TEATR GÜNÜ BAKIDA QEYD…

Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında  B

25-Mar-2024 By Elbar Şirinov

HƏR ANIMIZ ÖMÜRDƏN GEDİR

Məncə, həyatımızın bir dəqiqəsini də boş keçirməmə

25-Mar-2024 By Elbar Şirinov

QƏNİRƏ

(49-cu Baharı sənsiz qarşıladıq, əzizim) Doğum gü

25-Mar-2024 By Elbar Şirinov

ARNOLD ŞVARTSENEGGER ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNUB

Aktyor Arnold Şvartsenegger “Men's Health”ə açıqla

19-Mar-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Müğənni sayılan Aygün Ağayeva “ATV” kanalında yayı

KRİMİNAL

28-Mar-2024 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 55…

Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvə

25-Mar-2024 By Elbar Şirinov

DİN: CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN…

Martın 24-də ölkə ərazisində qeydə alınan 28, əvvə

24-Mar-2024 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 23…

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvə

TEXNOLOGİYA

14-Mar-2024 By Yasemen Memmedov

SOSİAL MEDİADAN DAHA ÇOX KİMLƏR…

Sən demə, Azərbaycanda qadınlarla müqayisədə kişil

12-Mar-2024 By Yasemen Memmedov

VERGİYƏ AİD OLAN MƏSƏLƏLƏRİ HƏLL…

 Vergiyə aid məsələlərlə bağlı bu qədər əl-ayağa d

11-Mar-2024 By Yasemen Memmedov

BU ÖLKƏ DƏ "BAYRAKTAR TB2"…

   “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlar

HADİSƏ

29-Mar-2024 By Asif Memmedov

BU KÖÇ ONLARI 31 İLDƏN…

Onlar bundan sonra köçkün deyillər... Onlar 31 ild

28-Mar-2024 By Elbar Şirinov

DNEPROPETROVSK VİLAYƏTİNDƏ İNFRASTRUKTUR OBYEKTİNƏ ZİYAN…

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayo

28-Mar-2024 By Elbar Şirinov

"CROCUS"DA TERROR TÖRƏDİLƏN YERDƏ SÜBUTLARIN…

Müstəntiqlər Moskva vilayətində “Crocus City Hall”

28-Mar-2024 By Elbar Şirinov

İRAQDA "İSLAM DÖVLƏTİ"NİN LİDERLƏRİNDƏN BİRİ…

İraq və Suriyada terrorçuların və silahların ötürü

28-Mar-2024 By Elbar Şirinov

"KROKUS" TERROR AKTI İŞİ ÜZRƏ…

“Crocus City Hall”-da baş vermiş terror aktı ilə b

28-Mar-2024 By Elbar Şirinov

TÜRKİYƏ "CROCUS CİTY HALL"DAKI…

Xarici kəşfiyyat Moskva yaxınlığındakı “Crocus Cit

Ən son xəbər

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

20-Mar-2024 By Elbar Şirinov

MOLDOVANIN ŞİMALINDA DÖRD AFRİKA DONUZ…

Moldovanın Qida Təhlükəsizliyi Agentliyi respublik

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

İQTİSADİYYAT

28-Mar-2024 By Yasemen Memmedov

MƏRKƏZ…

Mərkəzi Bank uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə,

TƏHSİL

27-Mar-2024 By Asif Memmedov

KOLLEC…

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçü