booked.netbooked.net booked.net  

PAŞİNYAN SÜBUT ETDİ Kİ, FRANSA KİMİ UZAQ QOHUMDANSA...

PAŞİNYAN SÜBUT ETDİ Kİ, FRANSA KİMİ UZAQ QOHUMDANSA...

 Bir daha yəqin etdim ki, Paşinyan Makrondan min dəfə ağıllı adamdı və

BMT- NİN BAŞ KATİBİ DƏ PAŞİNYANIN ATDIĞI ADDIMI DƏSTƏKLƏDİ

BMT- NİN BAŞ KATİBİ DƏ PAŞİNYANIN ATDIĞI ADDIMI DƏSTƏKLƏDİ

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırdı...

"BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" HESABAT TƏDBİRİ KEÇİRDİ

"BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" HESABAT TƏDBİRİ KEÇİRDİ

Aprelin 19-da "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin ümümrespublika üzrə hesabat tədbiri keçirildi. Yeni Azərbaycan Partiyası Nizami rayon ...

AĞGÖL MİLLİ PARKI BU DƏFƏ JURNALİSTLƏRƏ QUCAQ AÇIR...

AĞGÖL MİLLİ PARKI BU DƏFƏ JURNALİSTLƏRƏ QUCAQ AÇIR...

...Azərbaycan təbiətinin incilərindən biri də Ağcabədi rayonunun inzibati ərazisinə düşən Ağgöl Milli Parkıdır...

То, что принадлежит Азербайджану, будет принадлежать Азербайджану

То, что принадлежит Азербайджану, будет принадлежать Азербайджану

Это простую истину так не могут воспринять в Армении. То, что Азербайджан забирает территории, которые являются неотъемлемыми составляющими Азербайджа...

BAŞ NAZİR QƏRBİN TƏHDİDLƏRİNDƏN DANIŞIB VƏ...

BAŞ NAZİR QƏRBİN TƏHDİDLƏRİNDƏN DANIŞIB VƏ...

"Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq heç kimə qarşı yö...

AVROPA MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANA CƏRİMƏ KƏSİLMƏSİNİ ARZULAYAN SOCAR RƏSMİSİ KİMDİR?

AVROPA MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANA CƏRİMƏ KƏSİLMƏSİNİ ARZULAYAN SOCAR RƏSMİSİ KİMDİR?

Yasamal rayon Məhkəməsinin hakimi Kərim Xudayevin «Təzadlar» qəzetinə qarşı Azərbaycan dövlətinin adından elan etdiyi absurd və presedent yaradacaq qə...

AZƏRBAYCAN FRANSANI TƏHDİD VƏ TƏZYİQLƏRDƏ İTTİHAM EDİB

AZƏRBAYCAN FRANSANI TƏHDİD VƏ TƏZYİQLƏRDƏ İTTİHAM EDİB

Parisin Bakıya etdiyi təhdid və təzyiqlər nəticə verməyəcək.

MAKRON FRANSASININ AZƏRBAYCANI İŞĞALA SON QOYMAQDA QINAMASI ABSURDDUR!

MAKRON FRANSASININ AZƏRBAYCANI İŞĞALA SON QOYMAQDA QINAMASI ABSURDDUR!

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədə...

MEDİA

18-Apr-2024 By Asif Memmedov

То, чт…

Это простую истину так не могут воспринять в Армен

Detay

 

...1918-ci ildə Qubaya, Alpana türk əsgər və zabitləri 3 dəfə gələrək xalqın erməni-bolşevik basqınlarına qarşı müdafiəsində və başqa problemlərinin aradan qaldırılmasında yaxından iştirak ediblər.

İlk dəfə 1917-ci ilin oktyabrında Azərbaycanda, Dağıstanda vəziyyəti öyrənmək üçün göndərilən 3 türk zabitindən sonra, Birinci dünya müharibəsi illərindəki 1914/16-cı il Rus-Türk müharibələri zamanı əsir düşmüş və Sibirə sürgün edilmiş türk zabitlərinin (İhsan paşa, ştab rəisi Fəthi bəy və b.) düşərgələrdən qaçırılmasında mühüm rol oynamış qubalı mücahidin sayəsində Qafqaza, Qubaya gəlmiş 20-dən çox zabit və əsgər 1918-ci il mayın 18-i tarixində Əbdürrəhim əfəndinin süvari cihadçılarının tərkibində yardıma yetişərək erməni-bolşeviklərin Quba ərazisindən qovulması əməliyatlarında yerli Milli-müqavimət qüvvələrilə birgə Qanlı dərədə və b. məntəqələrdə döyüşmüşlər. Bu barədə, AXC-nin “Əksinqilabla mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlının “Xatirələr”ində və t.e.d. prof. Anar İsgəndərovun məqalələrində qeyd olunmuşdur. İkinci dəfə bu ərazilərə türk əsgər və zabitlərinin gəlişi, Osmanlı Türkiyəsinin Azərbaycan Xalq Cumhuriyyətilə 4 iyun, Dağlılar Respublikası ilə 8 iyun Batum müqavilələrinin hərbi yardımlaşma bəndinə əsasən polkovnik Əli bəyin komandanlığı altında göndərilmiş hərbi hissə Zaqataladan keçməklə Dağıstana və bir müddət sonra (iyulun axırında) albay Əhməd Şükrü bəyin komandanlığı altında Qubaya gəlib yaşayış məntəqələrini bolşeviklərdən təmizləyib hakimiyyəti ələ aldığı zaman olmuşdu. İyul ayının 31-dən Quba qəza mərkəzində kapitan Əhməd əfəndi Trinçin komendantı olduğu müvəqqəti idarəetmə rejimi - böyük kəndlərdə hərbi nümayəndəliklər qurmuşdular. 3-cü dəfə isə öncə sentyabrın ilk günlərində Şamaxıdan Xaltan yolu ilə dağları aşaraq kəşfiyyat məqsədilə, Sibirdəki əsir düşərgəsindən qaçan yüzbaşı Həsən Bəsri bəyin başçılığı altında göndərilmiş bir dəstə gəlir, Nuru Paşa “Qafqaz Türk-İslam Ordusu” ilə Bakını 15 sentyabrda işğaldan azad etdikdən 2 həftə sonra albay Süleyman İzzət bəyin komandanı olduğu 15-ci dviziya Şimali Qafqaza hərəkət edərək sentyabrın 29-u Quba -Xaçmazı və oktyabrın 4-ü Samuru keçərək Dərbəndi azad etməyə getmişdi. Polkovnik Nazım əfəndinin tabeçiliyindəki 1-ci süvari alayı isə noyabr ayının 9-nadək Quba qəzasında dövlət idarələrinin mühafizə olunmasını, Parlament seçkilərinin keçirilməsi üçün asayişin qorunmasını təşkil etmişdilər.

Türkiyədən hərbi yardım alaraq bölgədəki milli-azadlıq hərəkatının dəstəklənməsi üçün 3 nəfərlik Dağıstan nümayəndə heyəti hələ 1918-ci ilin aprelində Trabzon və İstanbulda hərbi nazir Ənvər paşa və Osmanlı dövlətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşmüşdülər. Yeddi ay ərzində Azərbaycan və Dağıstanda ümumən 4 minə yaxın hərbçisini şəhid vermiş Osmanlı Türkiyəsi Şimali Qafqazda Milli - müqavimət qüvvələrini təşkil edib təlim keçmək üçün əslində 1918-ci il may ayının 11-dən, yəni Şimali Qafqaz Cumhuriyyəti elan edilən gündən hazırlıq işlərinə başlamışdı. İmam Nəcməddin Qotsinskinin və Şeyx Şamilin nəvəsi Seyidin yardımı ilə Bölgə əhalisindən bir piyada və bir süvari dviziyası olmaqla iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Yaradılacaq 4-cü piyada diviziyasına, 1916-cı ildə Şərq Cəbhəsində gedən döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy komandan təyin edilmişdi. Dağıstan müsəlmanlarından könüllülük əsasında qurulmaqda olan Milli orduya rəhbərlik edəcək zabit heyəti 15 iyun 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdülər. Polkovnik Şövkət bəy başda olmağla Türkiyədən gələn komandirlər ilk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən türk zabit və əsgərlərini bir yerə cəmləmiş, sonra Dağıstan müsəlmanlarından 500 nəfərlik bir hərbi birlik yaratmışdılar. Dağıstandakı türk ordu qərargah heyətinin qısa müddətdə təşkil etdiyi hərbi birliklərin Azərbaycanın şimal-şərqində yerləşən Quba - Xaçmaz bölgəsində baş verən döyüşlərdə işğalçı qüvvələrə qarşı hücumları uğurlu olmuşdu. Qubanı düşmən işğalından qurtarmaq üçün minbaşı Səbri bəyin komandanlıq etdiyi birləşmiş qüvvələr, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir alıb, bununla bərabər 4 pulemyot və xeyli miqdarda sursat ələ keçirdilər. Onlar bu uğurun ardından ümumən Əli bəy Zizikskinin başçılıq etdiyi, Cağarlı Hətəmin, Həmdulla Əfəndinin, Qaçaq Mayılın, Bəybala bəy Alpanlının, Şıxlar bəylərinin yerli hərbi dəstələrilə birlikdə 3 tərəfdən Quba üzərinə yürüyərək 2 avqustda bolşevik işğalına son qoydu. Həmin qüvvələr artıq avqustun 11-də Xudat-Xaçmaz dəmir yolunu da nəzarətə götürmüşdülər. Osmanlı türk və dağıstanlı müslüman qardaşlarımızın iştirak etdiyi belə döyüşlər Digah, Alpan, İqriq və Susay kəndlərinin ərazisində də baş vermişdi...

Neman müəllim Qədirbəylinin "Subaba şəhidləri" hekayəsində deyildiyi kimi, hələ 1970-ci illərdə biz uşaq ikən böyüklərdən eşitmişdik (bəzən başqa tərəfi- Ağabba müəllimin evinin yaxınlığını da nişan verərdilər) ki, Alpan kəndində Subaba türbəsinin, yaxınlığındakı qocaman palıd ağacının su krantı (indiki Subaba bulağı) tərəfində, itməkdə olan qədimi qəbirlərin arasında şəhid türk əsgərlərin balaca daşlı, çokməmiş təzə (yəni 50-60 il öncəyə aid) məzarları var... Son 15-20 il ərzində qəbristanlıqda otçalanlar həmin ərazini təmizləyərkən kolkosla yanaşı başdaşları da yoxa çıxmışdır...

Susay kəndindəki qədim “Qərani qəbristanlığı”nda yerləşən Şəhid Türk əsgərinin məzarı əslən bu kənddən olan, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, bu mövzuda nəşr edilən 432 səhifəlik “Bir türk əsgərinin izi ilə” (2018) kitabının müəllifi, f.e.d. Aydın Səfərbəy oğlu Ələkbərov və onun həmkarı Ziyəddin Məmmədovun (əslən Qazax rayonu, Kosalar kəndindən) təşəbbüsü və maliyyə vəsaiti hesabına 2010-cu ildə bərpa edilmiş, üstünə yazılı baş daşı lövhəsi qoyulmuş və dəmir çərçivəyə alınmışdır. 2018-ci ilin yazında Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Quba rayon İcra Hakimiyyəti nümayəndələri abadlaşdırılaraq yenilənmiş məzarı ziyarət etmiş, üzərində inşa edilmiş mərmər baş və sinə daşının təqdimat açılışı keçirilmişdir. Baş daşında “1918-ci ildə Azərbaycanda dövlətçiliyin qurulması uğrunda gedən döyüşlərdə Şəhid olmuş Türk əsgərinin məzarı” sözləri nəqş edilib. İdman mərcləri və kazino

Aydın müəllim yuxarıda adı çəkilən kitabında yazır ki, türk süvari əsgərləri iyul ayının son günlərində Qubaya Vəndam Xınalıq yolu ilə də gəlib Susay kəndi yaxınlığında düşərgə salaraq, bolşeviklər qəzadan qovulub çıxarılmamışdan öncə ərazidə kəşfiyyat işləri aparmağla yanaşı yerli xalqı döyüş əməliyyatlarına hazırlamışlar. Kitabda yer alan digər məlumata görə, Nuru Paşa Dərbənd döyüşünə 2 gün qalmış-oktyabrın 4-ü, 5-i Xaçmazda və Qubada olub yerli fədailərlə görüşərək müvəqqəti hərbi qərargahlar yaratmışdır...

Məlumatı hazırladı C.Alpoğlu Albantürk

 

Pin It

CƏMİYYƏT

20-Apr-2024 By Asif Memmedov

PAŞİNYAN SÜBUT ETDİ Kİ, FRANSA…

 Bir daha yəqin etdim ki, Paşinyan Makrondan min d

19-Apr-2024 By Elbar Şirinov

"BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" HESABAT TƏDBİRİ…

Aprelin 19-da "Beynəlxalq Əlillər Cəmiyyəti" İctim

19-Apr-2024 By Asif Memmedov

AĞGÖL MİLLİ PARKI BU DƏFƏ…

...Azərbaycan təbiətinin incilərindən biri də Ağca

SİYASƏT

20-Apr-2024 By Asif Memmedov

BMT- NİN BAŞ KATİBİ DƏ…

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və

18-Apr-2024 By Asif Memmedov

BAŞ NAZİR QƏRBİN TƏHDİDLƏRİNDƏN DANIŞIB…

"Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki

17-Apr-2024 By Elbar Şirinov

AZƏRBAYCAN FRANSANI TƏHDİD VƏ TƏZYİQLƏRDƏ…

Parisin Bakıya etdiyi təhdid və təzyiqlər nəticə v

17-Apr-2024 By Asif Memmedov

MAKRON FRANSASININ AZƏRBAYCANI İŞĞALA SON…

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçi

16-Apr-2024 By Asif Memmedov

"RUSİYA QANUNLARINA YOX!" AKSİYASI DAVAM…

Paytaxt Tbilisidə "Xarici təsirin şəffaflığı haqqı

MƏDƏNİYYƏT

19-Apr-2024 By Elbar Şirinov

"60 ÇİÇƏK - BİR ÇƏLƏNG”İN…

Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında

18-Apr-2024 By Asif Memmedov

100 YAŞLI ƏLİ TUDƏ XATIRLANDI-…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MK

18-Apr-2024 By Asif Memmedov

"CIĞIR" ROMANINDA AZƏRBAYCAN DÖYÜŞÇÜSÜNÜN ƏN…

"Yunus Oğuzun "Cığır" romanında müasir Azərbaycan

18-Apr-2024 By Elbar Şirinov

MƏRHUM MÜĞƏNNİNİN BACISI ONUN ÖLÜMÜNÜ…

Moskvada evinin yaxınlığında ölü tapılan rusiyalı

16-Apr-2024 By Asif Memmedov

QƏZƏLXAN ŞAİR ŞAHİN FAZİLDƏN YAŞIL…

Tanınmış şair-qəzəlxan Şahin Fazil “Yaşıl dünya na

16-Apr-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Müğənni Nüşabə Ələsgərli ona “oğlu yaşda kişiyə ər

KRİMİNAL

19-Apr-2024 By Elbar Şirinov

MOSKOVALINI DAYANACAĞA GÖRƏ QƏTLƏ YETİRƏN…

Paytaxt sakinini dayanacaq üstündə qətlə yetirməkd

19-Apr-2024 By Asif Memmedov

SUMQAYITDA AİLƏ FACİƏSİ: ATA VƏ…

Ötən gecə- aprelin 19-də, saat 3 radələrində Sumqa

16-Apr-2024 By Asif Memmedov

VASİTƏÇİLİK DƏLƏDUZLUĞU: DSMF NARAHATDIR

İndi dələduzluğun bir forması da ortaya çıxıb...

TEXNOLOGİYA

09-Apr-2024 By Yasemen Memmedov

İŞ ADAMI İNSANLARI 5 İLƏ…

Amerikalı iş adamı və milyarder, SpaceX-in qurucus

29-Mar-2024 By Yasemen Memmedov

BƏRPA OLUNAN ENERJİ STANSİYALARININ TƏMƏLİ…

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dö

14-Mar-2024 By Yasemen Memmedov

SOSİAL MEDİADAN DAHA ÇOX KİMLƏR…

Sən demə, Azərbaycanda qadınlarla müqayisədə kişil

HADİSƏ

20-Apr-2024 By Elbar Şirinov

UKRAYNA MEDİASI DNEPRDƏ GÜCLÜ PARTLAYIŞLAR…

Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk)

20-Apr-2024 By Elbar Şirinov

ORSKDA EVLƏRİN 75,5%-İNDƏN SEL SULARI…

Daşqınlardan zərər çəkmiş Orenburq vilayətinin Ors

20-Apr-2024 By Elbar Şirinov

SMOLENSKDƏ UKRAYNA PUA-LARININ HÜCUM CƏHDİ…

Smolenskdə Ukraynaya məxsus pilotsuz uçuş aparatla

19-Apr-2024 By Elbar Şirinov

ABŞ-DA UKRAYNAYA YARDIM HAQQINDA QANUN…

ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna,

19-Apr-2024 By Elbar Şirinov

ABŞ-DA RESPUBLİKAÇILAR BAYDENİ İRANIN İSRAİLƏ…

ABŞ Senatındakı respublikaçılar ABŞ-ın hazırkı lid

19-Apr-2024 By Elbar Şirinov

ZELENSKİ KİYEVİN NATO-YA QARŞI BEŞ…

Vladimir Zelenski müdafiə nazirləri səviyyəsində U

Ən son xəbər

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

19-Apr-2024 By Elbar Şirinov

AQTA İSTEHLAKÇILARA ÇAĞIRIŞ EDİB

Hər bir istehlakçının borcudur ki, ticarət şəbəkəl

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

İQTİSADİYYAT

18-Apr-2024 By Yasemen Memmedov

PENSİY…

Bəzi sosial şəbəkə və internet resurslarında aprel

TƏHSİL

18-Apr-2024 By Yasemen Memmedov

4-CÜ S…

Məktəblərdə 4-cü siniflərin son zəng keçirməsi val